Əsas Səhifə > Güney Press / Ana xəbər > Əsgər nənəsi Zakir Həsənova müraciət etdi

Əsgər nənəsi Zakir Həsənova müraciət etdi


4-02-2015, 08:47
Əsgər nənəsi Zakir Həsənova müraciət etdi
“Nəvəm 1996-cı il təvəllüdlü Quluzadə Elşad Elşən oğlu yenicə hərbi xidmətə gedib. Sizin əsgərinizdir. Anası, yəni mənim qızım 2010-ci ildə rəhmətə gedib. 15 yaşında anasını itirən nəvəm övladımın yadigarıdır. Atası da işləmir, bizim himayəmizdədir”.

Axar.az xəbər verir ki, bu sözləri Şirvan şəhər sakini Nazilə Yolçuyeva Müdafiə naziri Zakir Həsənova göndərdiyi açıq məktubunda yazıb. O, generaldan media vasitəsilə kömək istəyib:

“Elşadın yanına əsgərlik etdiyi Gəncə şəhərinə iki dəfə gedib gəlmişik. Axırıncı dəfə nəvəmin yanından gələndən sonra inanın ki, gecələr gözümə yuxu getmir. Elə bilməyin ki, hərbi hissədən narazıyam. Əsla belə deyil. Sağ olun ki, əsgərlərə doğma balanız kimi yüksək diqqət-qayğı göstərirsiniz.

Sadəcə, Şirvanla Gəncə arasında məsafə çoxdur və gedib-gəlmək çətindir. Onun daha yaxın rayona göndərilməsini xahiş edirəm”.

Geri qayıt