Əsas Səhifə > Güney Press / Ana xəbər > “Topaz“ın verdiyi pulu kim yeyir?
“Topaz“ın verdiyi pulu kim yeyir?3-02-2015, 14:18 |
|
Bir müddət əvvəl fəaliyyətə başlayan Klublar Komitəsi "Topaz"ın Premyer Liqa təmsilçilərinə pul ödəməsini tələb edir Belə ki, bukmeyker kantoru Premyer Liqa oyunlarını mərc proqramına salır və pul qoyuluşlarını qəbul edir. Dünyanın əksər ölkələrində bu cür kantorlar yerli klublara müəyyən vəsait ödəsə də, Azərbaycanda belə deyil. Məlum olduğu kimi "Topaz"ın PFL-lə müqaviləsi və kantor Premyer Liqanın baş sponsorudu. Buna görə PFL-ə müəyyən vəsait ödənir ki, bu da çempionatın təşkilinə sərf olunur. "Topaz" mərc oyunlarına görə AFFA-ya da vəsait ödəyir. Amma bu pul baş katib ElС…an Məmmədovun nəzarətinə keçir. Ondan klublara bir qəpik belə verilmir. ElС…an Məmmədovun PFL-ə alternativ yaratdığı Klublar Komitəsinə Ramin Musayevlə yola getmədiyi üçün sədr təyin etdirdiyi Tuyqun Nadirovun isə baş katibdən klubların haqqını tələb etməyə gücü çatmır. "Xəzər Lənkəran"ın vitse-prezidentinin başçılıq etdiyi qurum "Topaz"ı və PFL-dən pul tələb etməklə, əsl hədəfi yayındırırlar. ElС…an Məmmədovdan isə "Topaz"ın ödədiyi pulun bir qəpiyini belə tələb edə bilmirlər.(piasport) Geri qayıt |