Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabunçu xəstəxanasında soyğunçuluq

Sabunçu xəstəxanasında soyğunçuluq


3-02-2015, 12:16
Sabunçu xəstəxanasında soyğunçuluq
Paytaxtda 3 saylı Sabunçu xəstəxanasında rəzalət baş alıb gedir.

Tia.az bildirir ki, adı rüşvət və soyğunçuluqda dillər əzbəri olan səhiyyə ocağında vəziyyət acınacaqlıdır. Tibbi personal pasientləri soğan qabığı kimi soyur. Bu günlərdə Qarabağ veteranının övladı da baxımsızlıqdan dünyasını dəyişib. Tibb ocağının rəhbərliyi xəstələrə gəlir mənbəyi kimi baxır.
Redaksiyamıza ünvanlanan şikayət məktubunda xəstəxanada həkimlərin, tibb bacılarının, bir sözlə, bütün kollektivin qanunlara məhəl qoymadığı bildirilir. Yerli sakinlər də xəstəxanadan şikayətçidirlər. Onların sözlərinə görə, bərbad şəraiti ilə “göz oxşayan” səhiyyə ocağının rəhbərliyi xəstəxananın bütün invertarını soyub talamaqla məşğuldur.

Geri qayıt