Əsas Səhifə > Güney Press / Ana xəbər > 8-ci kilometr bazarını alan naməlum milyonçu kimdir?
8-ci kilometr bazarını alan naməlum milyonçu kimdir?3-02-2015, 12:13 |
![]() Əmlak Məsələləri Dövlət Komitəsi в„– 4 bazarın bazasında yaradılan “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan edib. Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Qalibin və digər iştirakçıların adı açıqlanmır. Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr ƏMDK-nin orqanı olan “Mulkiyyət” qəzetində 31 yanvarda açıqlanıb. Müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat köçürüb. ƏMDK investisiya qoyuluşunu təsdiq edəndə nominal qiyməti 1 mln manat olan səhmlərin 99,89%-i investorun olacaq. Xatırladaq ki, bu, 8-ci kilometr qəsəbəsindəki в„– 4 bazarın ikinci özəlləşməsidir. 1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. Dövlət yüzlərlə mülkiyyətçinin itkisinin əvəzini ödəməyib. 2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4” MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi” ASC yaradılıb . Geri qayıt |