Əsas Səhifə > Güney Press / Ana xəbər > General Mirqafar Seyidov yoxlamalara start verdi
General Mirqafar Seyidov yoxlamalara start verdi3-02-2015, 11:21 |
![]() Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsində (PB) yoxlamalara başlayıb. Report-un məlumatına görə, yoxlamalar zamanı bölmənin maddi-texniki bazası, polis nəfərlərinin adına təhkim olunan avtomobillərin texniki vəziyyəti nəzərdən keçirilib. Həmçinin 14-cü PB-nin şəxsi heyyətinin işə davamiyyəti də yoxlanılıb. Qeyd edək ki, 14-cü PB-nin rəisi polis polkovnik-leytenantı Zaur Bədəlovdur. O, bir neçə il əvvəl Nardaran qəsəbəsində baş verən ixtişaşlar zamanı 14-cü PB-nin rəis müavini olub və həmin vaxt başından yaralanıb. Sonradan Z.Bədəlov həmin bölmənin rəisi təyin olunub. Geri qayıt |