Əsas Səhifə > Güney Press / Ana xəbər > Prokurorluğun şöbə müdiri güllələndi
Prokurorluğun şöbə müdiri güllələndi27-01-2015, 11:58 |
![]() Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru Rəhman Bayram oğlu Əhmədov güllələnib. Axar.az xəbər verir ki, 1982-ci il təvəllüdlü prokuror Rəhman Əhmədov ov zamanı dostu tərəfindən ehtiyatsızlıqdan güllələnib. Belə ki, yanvarın 24-də R.Əhmədov ov etmək məqsədilə Anar Bayramov, Rafiq İsmayılov, İdris Murtuzov, Şəmsəddin İsayev və İlqar Yusifovla Qobustan rayonunun Xilmilli kəndinə ova gedib. Ov zamanı Qəbələ rayon Vəndam kənd sakini, 1979-cu il təvəllüdlü İdris Xanbala oğlu Murtuzov prokuror Rəhman Əhmədovu güllələyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. R.Əhmədov Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı prokurorluqda araşdırma başlayıb. Geri qayıt |