Əsas Səhifə > Güney Press / Ana xəbər > Vergilər nazirinin biznes imperiyasına daha bir şirkət əlavə edildi

Vergilər nazirinin biznes imperiyasına daha bir şirkət əlavə edildi


26-01-2015, 09:40
Vergilər nazirinin biznes imperiyasına daha bir şirkət əlavə edildi
“Synergy Group” ASC holdinq şirkəti Şəmkirdə “Shamkir Capital Group” investisiya şirkəti yaradıb. İlkin kapital 200 min manatdır.

Yeni şirkətin Müşahidə Şurası ana şirkətin MŞ-da olan şəxslərdir: Dəyanət Quliyev, Ağasəməd Əfəndiyev və Fəxriyar Cabbarov.

Buna qədər “Synergy Group” ASC Şəmkirdə bir neçə kommersiya strukturu yaradıb: “Excelsior Hotel Shamkir”, “AzAgro”, “Zeyem Texnologiyalar Parkı”, “Shamkir Agropark”.

“Synergy Group” (səhmlərin 99%-i Əşrəf kamilova məxsusdur) sürətlə inkişaf edən holdinqlərdəndir. Bu il 5 illiyini qeyd edir. Qısa müddətə şirkətlərinin sayı 30-a çatıb. Şirkətin kapitalı 50 mln manatdır. 33 mln manat ziyanla 31 dekabr 2013-cü il üçün aktivləri 136 mln manata çatıb. Qrup bu yaxınalarda “Kövsər Bank” ASC-ni alıb. Xəbəri contact.az saytı yayıb.

İstiqlal.az-a daxil olan məlumatlara görə, adı çəkilən biznes strukturları vergilər naziri Fazil Məmmədovun nəzarətindədir.

Geri qayıt