Əsas Səhifə > Güney Press / Ana xəbər > Xristian missionerlərinin süfrəsindəki Azərbaycan...
Xristian missionerlərinin süfrəsindəki Azərbaycan...24-01-2015, 09:36 |
![]() Yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil veriliblər. Onlardan təbliği və yayılması qanunla qadağan olunan 10 ədəd dini kitab götürülüb və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib. Adi bir xəbər kimi diqqəti cəlb etməyən bu olay əslində bu gün Azərbaycanda problemə çevrilməyə başlayıb. “Unikal”ın apardığı araşdırmalardan da açıq şəkildə görünür ki, bu gün Azərbaycanda müxtəlif missioner qruplar açıq hərəkətə keçiblər və əsasən xristian dininin təbliği ilə məşğuldurlar. Xristianlığın katolik, provoslav, protestant və qriqorian qollarına məxsus bu missioner təşkilatlar müxtəlif ölkələrdən gəliblər. Katolik qanadının sistemliliyi Apardığımız araşdırmalar göstərir ki, katolik təriqətinə məxsus missioner təşkilatlar əslində fəaliyyətlərini daha çox qanuni şəkildə qururlar.Onlar Bakıda yerləşən Məryəm kilsəsinə toplaşırlar. Bu təriqət üzvlərinin tərkibi də maraqlıdır və demək olar ki, aparıcı simaları əsasən ziyalılar, incəsənət nümayəndələridir. Onların içində məsələn Ayaz Salayev kimi rejisora da rast gəlmək olar.Bu şəxslər xristian olduqlarını gizlətməyə çalışmırlar və illər öncə Roma Papası Bakıya gələndə həmin şəxslər onunla görüşə də yollandılar. Katoliq cərəyanına aid missioner təşkilatlar əsasən Fransadan və Vatikandan gəliblər. Zəif provoslav təbliğatı Azərbaycanda bu gün açıq şəkildə fəaliyyət göstərən qanadlardan biri də provoslavlardır. Öncəliklə qeyd edək ki, tarixlər boyu Azərbaycan ərazisində provoslavlar açıq şəkildə fəaliyyət göstəriblər və indinin özündə də Azərbaycan vətəndaşı olan ruslar, ukrayınlar, beloruslar bu təriqətin daşıycıları olaraq qalırlar. Bir neçə il öncə Rusiyadan bu təriqətə məxsus bir neçə missioner təşkilat nümayəndələri Bakıya gəlsələr də onların fəaliyyətinə ilk etiraz yerli provoslav kilsələrindən gəldi. Belə ki, mövcud kilsə rəhbərləri gizli, yarımgizli təbliğata qarşı çıxdılar və bildirdilər ki, onların rahat fəaliyyəti üçün heç bir əngəl yoxdur və buna görə kənar qüvvələrin Bakıya axını yolverilməzdir. Protestant sirri Bu gün Azərbaycanda gizli və yarımgizli fəaliyyət göstərən ən böyük missioner təşkilatlardan biri protestant təriqətinə aiddir. Onların Azərbaycana gəlişi isə əsasən 1992-ci ildən başlayıb. Kanada,ABŞ və Avropa ölkələrindən Azərbaycana axın edən bu təriqət üzvləri müxtəlif dini təşkilatlar, QHT-lər və bəzi hallarda biznes təşkilatları adı altında fəaliyyət göstərirlər. Bu təriqətə məxsus ən tanınmış təşkilatlar isə “Yəhova şahidləri”dir. Həmçinin son illər bu təriqətə aid olan babdistlər də ciddi şəkildə təşkilatlana biliblər. Adı çəkilən təşkilatlar 1995-ci ilə qədər əsasən Bakıda fəaliyyət göstərsələr də sonradan daha çox bölgələrə üz tutdular. Gəncə,Qazax, Tovuz, Goranboy rayonlarında aktivlik göstərən təriqət üzvləri daha çox yoxsul insanlarla əlaqə qurmağa həvəslidirlər. Bunu da xüsusi ilə vurğulayaq ki, bu gün dünyada islamafobiyanın güclənməsi, İslamla terrorun eyniləşdirilməsi bu tip təriqətlərin işinə daha çox yarayır. Çünki dünənə qədər Azərbaycanda missioner təşkilatlar deyiləndə məhz xristian təmayüllü təşkilatlar yada düşürdü, bu gün isə İŞİD, xavaric və s. kimi təşkilatlar daha qabarıq görünür və onlar da bundan yararlanaraq fəaliyyət dairələrini genişləndirə bildilər. Ekspertlərin fikrincə yaxın bir neçə il ərzində babdistlərlə, “Yəhova şahidləri” təşkilatının üzvləri bir neçə dəfə arta bilər. Qriqorian hiyləsi Demək olar ki, Azərbaycanda tam qapalı fəaliyyət göstərən cərəyanlardan biri də qriqorian təriqətinə məxsus şəxslərdir. Öncə yada salaq ki, bu təriqəti qəbul edənlərin sayı çox azdır və dünyada əsasən ermənilər və yəhüdilər qriqorian sayılır. Onların Azərbaycanda fəaliyyətləri isə kifayət qədər qaranlıqdır. Çünki bu təriqətin təbliği ilə məşğul olanlar Azərbaycanda daimi fəaliyyət göstərmir. Sadəcə olaraq müəyyən zamanlarda qrup şəkilində Gürcüstandan Bakıya gəlir, bir neçə həftəlik fəaliyyətdən sonra geri qayıdırlar. Bu şəxslər Gürcüstan vətəndaşı olsalar da, gürcü ad soyadı daşısalarda qriqorian təriqətini qəbul etmələri ziddiyyət yaradır. Çünki Gürcüstanda bu təriqətə üzv olan gürcü tapmaq müşkül məsələdir. Geri qayıt |