Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun səlahiyyətinin azaldılması təklif olundu

Ziya Məmmədovun səlahiyyətinin azaldılması təklif olundu


23-01-2015, 11:55
Ziya Məmmədovun səlahiyyətinin azaldılması təklif olundu
"Bakıda işıqforların tənzimlənməsi Nəqliyyat Nazirliyindən alınıb Yol polisinə verilsin".

"Qafqazinfo" xəbər verir ki, bu təkliflə millət vəkili Çingiz Qənizadə Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr olunan tədbirdə çıxış edib.

O bildirib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyinə bir cavan oğlan qoyublar. O da kiminsə qohumudur deyə həmin vəzifəyə sahib olub. Sözügedən qurum yol hərəkətini səmərəli tənzimləyə bilmir".

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Elnur Abdullayevdir.

Ziya Məmmədovun səlahiyyətinin azaldılması təklif olundu

Geri qayıt