Əsas Səhifə > Güney Press / Ana xəbər > Sığorta şirkətlərində yoxlamalar başlayır
Sığorta şirkətlərində yoxlamalar başlayır23-01-2015, 09:20 |
![]() Yaxın vaxtlarda paytaxtda fəaliyyət göstərən sığorta şirkətlərində ciddi yoxlamalara start veriləcək. Axar.az-a daxil olan məlumata görə, artıq sığorta şirkətlərində vergidən yayınma halları aşkarlanıb və Vergilər Nazirliyi yaxın günlərdə təftişə başlayacaq. Bildirək ki, artıq Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən 2014-cü ildə sığorta bazarında aparılan yoxlamalar nəticəsində 22 nəfər rəhbər işçinin fəaliyyətində pozuntular aşkar edilib və həmin işçilər ümumilikdə 5850 manat məbləğində cərimələnib. "Report"un məlumatına görə, DSNX-nin şöbə rəisi Mahir Abdullayev verdiyi açıqlamada 11 sığorta şirkətində yoxlamalar aparılıb: “Sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilib. Maliyyə Nazirliyi tərəfindən ötən il ərzində 11 sığorta şirkətində yoxlama aparılıb, 10 şirkətə təqdimat göndərilib, pozuntu hallarının aradan qaldırılması ilə bağlı yazılı göstəriş verilib". Şöbə rəisinin sözlərinə görə, hesabat ilində iki sığorta şirkətinin lisenziyası dayandırılıb. Daha sonra bunlardan birinin aşkarlanan pozuntunun aradan qaldırması ilə bağlı lisenziyası bərpa edilib. Lisenziyanın dayandırılması hər iki halda minimal kapital tələbinin tələbnamədən aşağı olması ilə bağlı olub. Geri qayıt |