Əsas Səhifə > Güney Press / Ana xəbər > Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı

Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı


22-01-2015, 13:38
Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı
Sosial şəbəkələrdə maraqlı bir audio yayılıb.

Avropa.info xəbər verir ki, audioda ABŞ və Qərb dünyasına müsbət mövqeyi ilə tanınan, politoloq Vəfa Quluzadə ABŞ-ı sərt şəkildə tənqid edərək, ermənilərə dəstək verməkdə ittiham edir.

"Azadlıq" radiosuna , hazırda həbsdə olan Xədəcə İsmayılın verlişinə qatılan Vəfa Quluzadə, adı çəkilən radionun dolayısı ilə erməniləri dəstəklədiyini bildirir.

Verliş zamanı ABŞ-ın əleyhinə danışan və müsəlman, türk olduğumuz üçün, Azərbaycanın təzyiqlərə məruz qaldığını deyən Vəfa Quluzadənin sözləri Xədicə İsmayıl tərəfindən kəsilir. Bundan sonra Vəfa Quluzadə Azadlıq radiosunun ABŞ-dan aslı olduğunu və bu dövlətin tapşırıqlarını icra etdiyini deyir.

diaaz.space Avropa.info-ya istinadən 2012-ci ildə lentə alınmış həmin audionu təqdim edir:



Geri qayıt