Əsas Səhifə > Güney Press / Ana xəbər > Qafqazdan olan bir qrup terrorçu Bağdadini “kafir” elan edib
Qafqazdan olan bir qrup terrorçu Bağdadini “kafir” elan edib21-01-2015, 10:47 |
![]() “İraq-Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşmasının tərkibində Qafqazdan olan bir qrup terrorçu təkfirçiliyə görə elə öz yoldaşları tərəfindən edam edilib. Bu haqda xəbəri Türkiyə saytları yayıblar. Qafqazdan olan terrorçular İŞİD lideri Əbubəkr Bağdadini “kafir” elan ediblər. Onların bu addımı atmasına səbəb müşrik (Allaha şərik qoşanlar) saydıqları Suriya və İraq əhalisindən İŞİD liderlərinin zəkat yığmalarıdır. Bundan irəli gələrək təkfirçilər İŞİD lider və əsgərlərini də müşrik elan ediblər. İŞİD liderlərinin ələ keçirdikləri 4 qafqazlı terrorçu deyib ki, İŞİD daxilində üsyan qaldırmağı nəzərdə tutublar. Plana əsasən üsyançı qrip təşkilat daxilində kiçik qruplar halında yayılmağı və təşkilatdan ayrılmaq istəyənləri öz ətraflarnda birləşdirmək istəyib. Bundan əlavə, İŞİD mövqelərinə hava zərbələri endirilən zaman təşkilatın önəmli isimlərini sıradan çıxarmaq üçün üsyançı qrup Suriya müxalifəti və kürd qrupları ilə işbirliyi qurub. İŞİD-in üsyançı qrup üzərində qurduğu məhkəmədə qrup üzvlərinə edam hökmü çıxarılıb. Geri qayıt |