Əsas Səhifə > Güney Press / Ana xəbər > В«MersedesВ» mayallaq aşdı, sürücü nömrələri çıxarıb qaçdı
В«MersedesВ» mayallaq aşdı, sürücü nömrələri çıxarıb qaçdı17-01-2015, 13:02 |
|
Yanvarın 16-da gecə yarısı Yasamal rayonu, Salamzadə küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, üzü В«QələbəВ» dairəsi istiqamətində yüksək sürətlə hərəkət edən В«MersedesВ» markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çıxaraq yol nişanını və ağacı əzəndən sonra sağ zolağa çıxıb və 20 metr süründükdən sonra orada hərəkətdə olan В«NissanВ» markalı avtomobilə çırpılıb. В«NissanВ» isə yoldan çıxaraq divara dəyib. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. В«MersedesВ» ümumiyyətlə, yararsız hala düşüb. Yol polisi əməkdaşlarının hadisə yerinə gəldiyini görən В«MersedesВ»in sürücüsü avtomobilin dövlət nömrə nişanlarını açaraq hadisə yerindən qaçıb. Şahidlərin dediyinə görə, gənc sürücü sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürətlə idarə edirmiş. Hazırda faktla bağlı araşdırma aparılır. Geri qayıt |