Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəhid ailəsi bələdiyyədən şikayət edir

Şəhid ailəsi bələdiyyədən şikayət edir


16-01-2015, 14:56
Şəhid ailəsi bələdiyyədən şikayət edir
Bərdədə şəhid ailəsi torpaq sahəsi ilə təmin edilmədiyi üçün yerli qurumlardan narazıdır. Elvin Quliyev Bərdənin Uğurbəyli kəndində yaşayır. Atasını hələ uşaq ikən Qarabağ müharibəsində itirib. O vaxtdan da anasının himayəsində min bir çətinliklə böyüdüyüb. Yüksək təzyiqdən əziyyət çəkdiyindən ağır işlə məşğul ola bilmir. Pay torpağını əkib-biçərək ailəsini dolandırmağa çalışan Elgün Quliyev gəlirinin ailəsinin xərclərinə güclə çatdığını deyir.
Şikayətçi Elgün Quliyev əkin əkməklə pul qazandığını deyir. O aylıq qazancının 300-400 manat etmədiyindən şikayətlənir. İndi Elvin Quliyev ailənin maddi çətinliklərinin qismən də olsa aradan qaldırmaq üçün Şirvanı kəndi ərazisində yol kənarında ona 4-5 metr torpaq sahəsi ayrılmasını istəyir. Lakin bu günə kimi hara müraciət edibsə də müsbət cavab ala biməyib. Şikayətçi deyir ki, hər ay xəstə olan anasının müalicəsinə orta hesabla 500-600 manat vəsait lazım olur ki, bu da ailənin imkanları xaricindədir.
Məsələylə bağı əlaqə saxladığımız Şirvanlı bələdiyysinədən isə bildirdilər ki, Elgün Quliyevin ticarətə məşğul olmaq üçün istədiyi yer bələdiyyənin balansında deyil, başqasının şəxsi mülkiyyətindədir. Buna görə də həmin ərazidən ona torpaq səhəsi ayıra bilməyəcəklər. Hazırda isə bələdiyyənin balansında boş torpaq sahəsi yoxdur.

Geri qayıt