Əsas Səhifə > Güney Press / Ana xəbər > Füzuli Ələkbərov şirkətindən əlini çəkib

Füzuli Ələkbərov şirkətindən əlini çəkib


16-01-2015, 11:35
Füzuli Ələkbərov şirkətindən əlini çəkib
Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Füzuli Ələkbərov öz hücrəsinə çəkilib.

Keçmiş nazir “İmprotex travel” şirkətinin idarəçiliyini oğlu Vüqar Ələkbərov və İsmayıllının başçısı olmuş qardaşı Nizami Ələkbərova həvalə edib. Sabiq nazir isə vaxtaşırı şirkətinə baş çəkir.
Bu məlumatı Tia.az-a verən qaynağın sözlərinə görə, F.Ələkbərov İsmayıllıda baş verənlərdən sonra diqqət mərkəzində olmamağa çalışır. Nazir postunu itirdikdən sonra çətin dövr yaşayan Ələkbərov şirkətin idarəetməsini oğlu və qardaşına tapşırıb. Elə İsmayıllı qiyamınnı səbəbkarı olduğu deyilən oğlu da virtualaz.org-a geniş müsahibəsində şirkətin başında olduğunu açıqlamışdı.
Xatırladaq ki, İsmayıllıda əhalinin təhqir olunmasına görə nazir oğluna məxsus “Çıraq” hoteli yandırılmışdı.

Geri qayıt