Əsas Səhifə > Güney Press / Ana xəbər > Aydın Bəşirova yenidən vəzifə veriləcəyi iddia olundu
Aydın Bəşirova yenidən vəzifə veriləcəyi iddia olundu15-01-2015, 11:31 |
![]() Dövlət Xəzər Dəniz Gəmiçiliyin sabiq rəisi Aydın Bəşirov ona vəzifə verilməsini gözləyir. Tia.az-a verilən məlumata görə, sabiq rəisə yeni ildə yeni post vəd olunub. A.Bəşirov istefaya göndərildikdən sonra həbs təhlükəsi ilə üz-üzə idi. Məlumatlı mənbə deyir ki, artıq bu təhlükə sovuşub və Rusiyada saxlanan Azərbaycan gəmilərinin geri qaytarılmasından sonra ona qarşı olan qəzəb soyuyub. Bir müddət əvvəl ölkədən getməyə hazırlaşdığı iddia edilsə də, sabiq rəis bunu təkzib edirdi. Ancaq yayılan xəbərlərdə onun ölkəni həbs təhlükəsinə görə tərk etmək niyyətində olduğunu iddia edilirdi. Bu təhlükə geridə qalıb və yeni vəzifə veriləcəyi də gözlənilir. Qeyd edək ki. A.Bəşirovun əlindəki biznes imperiyası daralıb və rıçaqları zəifləyib. Geri qayıt |