Əsas Səhifə > Güney Press / Ana xəbər > Məzahir Pənahovun daha bir işçisinin səsi gizlicə yazıldı
Məzahir Pənahovun daha bir işçisinin səsi gizlicə yazıldı14-01-2015, 08:54 |
![]() 85 saylı Şamaxı DSK-nın 20 saylı seçki məntəqəsinin sədri Əliyusif Qəniyevin seçki saxtakarlığı etirafı bu dəfə öz səsi ilə! Dünən redaksiyamızda olan şikayətçi, bələdiyyələrə seçkilərdə namizədlərdən biri olmuş Toğrul Salahov əməkdaşımıza 5 ədəd audio disk təqdim etdi. Həmin disklərdə telefon danışığı əks olunan 85 saylı Şamaxı DSK-nın 20 saylı məntəqəsinin sədri Əliyusif Qəniyev, 21 saylı məntəqənin sədrinin əri (!) Seyfəddin Qəniyev və 22 saylı məntəqənin sədri Baloğlan Səfərov seçkidə saxtakarlığa necə yol verildiyini səmimi etiraf edirlər, həmçinin onlara bu görünməmiş ceçki cinayətini etmək üçün Şamaxı RİH-dən kimlərin zəng edərək tapşırıq verdiyini açıq şəkildə etiraf edirlər... "Təzadlar" bu audio səs yazılarını mötəbər sübut növü kimi Azərbaycan MSK-nın sədri Məzahir Pənahova və Respublika Baş Prokurorluğuna göndərir. İnanırıq ki, olduqca ciddi tədbirlər görüləcək! (Davamı var) P.S.Növbəti audio disklərdə isə daha dəhşətli seçki saxtakarlığı etirafları əks olunub. Hazırda həmin disklər yüklənməyə hazırlanır. Bizi izləyin! “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |