Əsas Səhifə > Güney Press / Ana xəbər > Abdulatipovun həbsinə səbəb olan azərbaycanlı kimdir?

Abdulatipovun həbsinə səbəb olan azərbaycanlı kimdir?


13-01-2015, 14:14
Abdulatipovun həbsinə səbəb olan azərbaycanlı kimdir?
Bu gün Dağıstanda Miqrasiya Xidmətinin həbs edilən rəhbəri Rəcəb Abdulatipovun azərbaycanlı cinayətkar ortağının adı üzə çıxıb.

Axar.az xəbər verir ki, “Kavkazpress.ru” saytı bununla bağlı maraqlı məlumat paylaşıb.

Dərbəndin kriminal aləminin rəhbəri kimi tanınan, milliyətcə azərbaycanlı “Krot”(Köstəbək) ləqəbli Rafiq İdrisovla birbaşa əlaqəsi olan Abdulatipov məhz onun sayəsində cinayətlərini həyata keçirə bilib. İdrisov Azərbaycandan Rusiya ərazisinə qanunsuz şəkildə buğda spirtinin keçirilməsi ilə məşğul olub. Krot məhz Rəcəb və digər şəxslərin vasitəçiliyi ilə Dağıstan məmurları arasında böyük nüfuz sahibinə çevrilib. Bundan istifadə edən Krot Rəcəbin yardımıyla öz adamlarını Dağıstanda yüksək vəzifələrə təyin etdirib. Belə addımlardan biri Krotun Abdulatipovun əlilə Dağıstan Respublikasının Qeydiyyat Palatasına öz adamını təyin etdirməsidir. Bunun ardınca isə Krotun və Prezident Ramazan Abdulatipovun əlilə Qurbanovlar klanının tutduğu postlardan istefası kampaniyası həyata keçirilməyə başlanılıb.

Moskva mərhum prezident Muxu Əliyevlə geniş əlaqələrə malik olan İdrisovun əməllərindən tezliklə xəbərdar olub və oraya öz adamlarını göndərib. Artıq spirtin qaçaqmalçılığını əlindən çıxaran Krot Azərbaycana qaçmağa müvəffəq olub. Buradan isə o, İsrailə gedib və özünün Dağıstandakı ortaqları ilə fəaliyyətini davam etdirib. Məhz bu əlaqələri müəyyən edən Moskva Rəcəb Abdulatipovu həbs edib.

Geri qayıt