Əsas Səhifə > Güney Press / Ana xəbər > "Atama yazdım ki, möhkəm olsun" - Dilqəmə oğlundan MƏKTUB
"Atama yazdım ki, möhkəm olsun" - Dilqəmə oğlundan MƏKTUB13-01-2015, 13:47 |
|
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasına məktub yazıb. Bu BarədəMovqe.az-a Kürdoğlu Əsgərov özü məlumat verib. K. Əsgərov deyib ki, Qızıl Xaçın nümayəndələri ilə görüşüb: "Atamın hansı şəraitdə saxlanıldığından xəbərsizik. Mən onlardan atamın hansı şəraitdə,kimlərlə saxlanıldığı barədə bizə bir məlumat vermələrini tələb etdim. Bildirdim ki, atamın və Şahbazın taleyindən narahatıq. Onlar da mənə dedilər ki,girovlarla görüşdükdən sonra ona məktubu çatdıracaqlar, bizə məlumat verəcəklər". K. Əsgərov atasına məktubda ürək-dirək verdiyini, hər şeyin yaxşı sonuclanacağını yazdığını deyib: "Sözün açığı yazdıqlarımın hamısı ağlımda deyil. Əsas onu yazdım ki, ata, səbrli ol, bizdən narahat olma. Ona ürək-dirək verdim ki, hər şey yaxşı sonuclanacaq, səbr etsin. Atama yazdım ki, möhkəm olsun". K. Əsgərov bununla belə içlərində olan narahatçılığın onlara rahatlıq vermədiyini dilə gətirib: Atam ermənilərin, düşmənin əlində olduğu halda biz necə rahatlıq tapa bilərik? Onun səhhətindən, saxlanma şəraitindən çox narahatıq. İnanın ki, gecə də, gündüz də özümə yer tapa bilmirəm. Beynəlxalq təşkilatlara səslənirəm ki, atamın və Şahbazın taleyinə biganə münasibət göstərməsinlər. Düşünsülər ki, düşmən əlində olan girovların vəziyyəti indi necədir". K. Əsgərov sabah saat 12:00 da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı da keçirəcəklərini bildirib. Xatırladaq ki, dekabrın 29-da işğal olunmuş Xankəndi şəhərində Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulan "məhkəmə prosesi” yekunlaşıb. "Hakim” Anatoli Tadevosyan Dilqəm Əsəgrovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi ilə bağlı "hökm” verib. Beş saat davam edən qondarma prosesdə "hökm” oxunduqdan sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar. Geri qayıt |