Əsas Səhifə > Güney Press / Ana xəbər > Bu şərəfsiz hər gün Peyğəmbərimizin karikaturasını çəkəcək

Bu şərəfsiz hər gün Peyğəmbərimizin karikaturasını çəkəcək


9-01-2015, 11:58
Bu şərəfsiz hər gün Peyğəmbərimizin karikaturasını çəkəcək
FaktXəbər-in verdiyi məlumata görə, Reddit ləqəbli karikaturaçı hər gün Məhəmməd Peyğəmbərin karikaturasını hazırlayacağını bildirib. В«Charlie HebdoВ»nun həlak olan jurnalistlərinin xatirəsinə həsr edəcəyini deyən Reddit bu addımı ilə guya ki, satiranın müdafiəsinə qalxır.

Xatırladaq ki, yanvarın 7-də səhər tezdən "Əl-Qaidə" sözüedən jurnalın redaksiyasına hücum etmişdi. Hadisə nəticəsində 12 jurnalist həlak olmuş, 11-i isə müxtəlif dərəcəli xəsarət almışdı.

Yeri gəlmişkən qeyd edək ki, "Charlie Hebdo " jurnalı dünyada səs-küylü karikaturaları ilə tanınıb. Hətta Məhəmməd Peyğəmbərin karikaturasını çəkməklə İslam dünyasının kəskin etirazına səbəb olmuşdu. Amma maraqlıdıdır ki, bu hadisə düz iki il öncə olmuşdu. Bundan sonra "Charlie Hebdo "da İsa Peyğəmbərin də karikaturası çəkilmişdi. Hadisə baş verən günü isə İŞİD lideri Bağdadinin karikaturası verilmişdi. Və cinayətdə məsuliyyəti də "Əl-Qaidə" özü üzərinə götürmüşdü. Amma nədənsə Reddit bunları "unudur" və düz iki il öncə baş verən hadisəni xatırladır. Çünki müsəlmanların Peyğəmbər və diər məsumlar barədə həssasiyyətini bilir. Beləliklə, Redditin bu addımında məqsədin əslində satiranın müdafiəsi deyil, sadəcə ara qarışdırmaq və provokasiya xarakteri daşıdığı aydın olur.

Ümumiyyətlə, satirik jurnalın redaksiyasına baş verən hücumda bir sıra qaranlıq məqamlar var. Məsələn, redaksiyaya silahlı hücum edən terrorçular "Əl-Qaidə" üzvü olduqlarını bildiriblər. Amma maraqlı burasındadır ki, onlar təkidlə "Əl-Qaidə"nin hansı qoluna aid olduqlarını qışqıra-qışqıra ətrafdakı hər kəsə söyləyiblər. Baş vermiş hadisədən bir müddət əvvəl terrorçular yoldan keçənlərə onların terror qruplaşmasının üzvlərinin olmasını KİV-lərə çatdırmağı istəyiblər: "Onlara bildirin ki, bunu Yəməndəki "əl-Qaidə" edib". Bəs görəsən, niyə terrorçular "Əl-Qaidə"nin məhz Yəmən qanadına aid olduqlarını söyləyiblər? Və ya nə "Əl-Qaidə"çilər kimi isə güllələyəndə üzlərini gizlədiblər ki? Məsələnin arxasındakı siyasi maraqlar barədə FaktXəbər Analitik qrupun hazırladığı "Fransa Yəmənə hücuma hazırlaşır!" analizində oxuya bilərsiniz.

Həmçinin terror hadisəsinin əvvəldən planlaşdırılan tamaşa olması ilə iddialar yayılmaqdadır.

Geri qayıt