Əsas Səhifə > Güney Press / Ana xəbər > Daha bir icra başçısı yola salınır
Daha bir icra başçısı yola salınır7-01-2015, 13:51 |
![]() Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun yaxın günlərdə işdən azad olunacağı idda olunur. Bu barədə Arqument.Az-a etibarlı mənbələrdən məlumat daxil olub. Bildirilir ki, icra başçısı artıq Prezident Adminstrasiyasına çağrılıb və onun yerinin dəyişdirilməsi məsələsi də gündəmdədir. Rayonda Mənsur Məmmədovu Qubanın icra başçısı Mübariz Ağayevin əvəz edəcəyi barədə də xəbərlər dolaşır. Ehtimal olunur ki, Mübariz Ağayevin yerinə Mənsur Məmmədov təyin ediləcək. Həmçinin Göyçaya Ucar rayon icra başçısı Yaşar Məmmədovun da təyin edilməsi istisna edilmir. Qeyd edək ki, Mənsur Məmmədov və Yaşar Məmmədov Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın qohumlarıdır. Quba və Göyçay nəqliyyat şefinin kurasiyasındadır. Geri qayıt |