Əsas Səhifə > Güney Press / Ana xəbər > Rabitə sektorunda ciddi yoxlamaların aparılması gözlənilir

Rabitə sektorunda ciddi yoxlamaların aparılması gözlənilir


7-01-2015, 09:24
Rabitə sektorunda ciddi yoxlamaların aparılması gözlənilir
2014-cü ildə olkənin əksər nazirliklərində, komitə və icra orqanlarında,banklarda ciddi və əsaslı yoxlamalar aparıldı. Təbii ki, yeni ildə də bu kimi yoxlamalar davam etdiriləcək. Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, yeni ildə Rabitə sektorunda ciddi yoxlamaların aparılması gözlənilir.
Məlumata görə, son bir neçə ildə ölkənin əsasən də paytaxt Bakının Telekomnukasiya sisteminin yenidən qurulması üçün büdcədən kifayət qədər maliyyə vasiti ayrılıb və ya böyük layihələr qazanılıb. Amma, bəlli və sabah üçün ciddi problemlər yaradan hallar hələ də qalmaqdadır.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, hələ də, bəzi rayonlarda telefon xətləri sövetlər dövründən qalan və istifadəyə yararsız xətlərdir. Hansi ki, onların dəyişdirilməsi üçün boyük həcmli layihələr və maliyyə vəsaitləri ayrılıb.
Ən qəribəsi odur ki, hətta patyaxt Bakıda sovetlər dövründən qalan siztemsiz, qarışıq xəttlərə, çürümüş dirəklərə rast gəlmək mümkündür. Sovet dövründən qalan yaşayış binalarında olan telefon xəttləri qarışqa yuvasını xatırladır.
Maraqlıdır, görəsən ayrılan bu qədər vasait hara xərclənib? Və yaxud nazir Əli Abbasovun bundan xəbəri varmı? Nazir məlumatlıdırmı ki, ATS rəhbərləri xəttləri yeniləmək, ayrilan vəsaiti təyinatı üzrə xərcləmək əvəzinə villarlar, məşuqələrinə bahalı avtomobillər alır?
Nazir Əli Abbasovun xəbəri varmı ki, yaxin adamı sayılan Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov qovşaq üçün ayrılan vəsaiti hansı istiqamətə xərcləyir?
Bu gün Azərbaycanın elə ucqar kəndləri var ki, orda nəinki internet, heç telefon belə yoxdur. Niyə yoxdur? Bunun üçün bütün maliyyə vasaiti ayrıldığı təqdirdə, niyı olmasın?
Bu gun paytaxt Bakının əksər Avtomat Telefon Qovşağının rəisi gözünü abonentə yalandan yazılan telefon danışıqlarından gələn haram pula dikib. ATS müdirləri hələ də abonentlərə interneti normal paylayamaq istəmir. Bir port 5-10 abonent arasında bölünür. Azərbaycan hələ də dünyanın ən bahalı internet xidməti olan ölkələr sırasında liderlik edir.
Nazir Əli Abbasov bilirmi ki, nazirliyin tabeliyindəki mühafizəçilər hər 6 aydan bir zorla, müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır və onların yerinə 1000 manat alınaraq yeni işçilər götürülür?

Geri qayıt