Əsas Səhifə > Güney Press / Ana xəbər > Anar Məmmədov və Hafka haqda ikibaşlı xəbərlər

Anar Məmmədov və Hafka haqda ikibaşlı xəbərlər


6-01-2015, 09:30
Anar Məmmədov və Hafka haqda ikibaşlı xəbərlər
Bu gün ölkə mediasında iki iş adamı haqda təzadlı xəbərlər yayılıb. Axar.az xəbər verir ki, Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun Nəqliyyat nazirinin oğlu, “Qarant Holdinq”in prezidenti Anar Məmmədova “Lans” klubunun səhmlərini satdığı iddia edilib.

Fransa mətbuatında da yanvarın 1-dən etibarən klubun səhmlərində dəyişiklik baş verdiyi vurğulanır.

“Lans”ın prezidenti Jerve Martel hələ dekabrın 17-də bu barədə məlumat sızdırmışdı. O, məsələni “bu, azərbaycanlılar arasında olan problemdir” kimi xarakterizə etmişdi.

Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir. Klub prezidenti Jerve Martelin 2,5 milyon avroluq borcu “Qarant Holdinq”in sahibi Anar Məmmədov tərəfindən ödənilməsini və onun da Hafiz Məmmədovun yerinə gələcəyini açıqlamasından 2 həftə keçir.

Sportinfo.az-ın ən son məlumatına görə isə Anar Məmmədovun “Lans”a sahiblənmək fikri yoxdu. Nazir oğlunun Madrid “Atetiko”sunun mojaritar səhmdarı olmaq ehtimalı daha çoxdur. Gənc maqnat İspaniya futboluna maraq göstərir və Azərbaycan tərəfi martda son İspaniya çempionu ilə yeni müqavilə məsələsini masaya yatırmalıdır. Üç ilə yaxındır ölkəmizin beynəlxalq arenada reklamını edən “Atletiko” ilə mövcud olan son anlaşma mayda başa çatacaq.

Geri qayıt