Əsas Səhifə > Güney Press / Ana xəbər > Müdafiə nazirindən daha bir kadr islahatı
Müdafiə nazirindən daha bir kadr islahatı5-01-2015, 15:22 |
|
Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub. APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməgtindən APA-ya faktı təsdiqləyiblər. “Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə çalışmış general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Geri qayıt |