Əsas Səhifə > Güney Press / Ana xəbər > Malta müxalifəti Azərbaycana qarşı

Malta müxalifəti Azərbaycana qarşı


22-12-2014, 14:28
Malta müxalifəti Azərbaycana qarşı
Maltanın baş naziri Cozef Muskat bəyan edib ki, Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə imzalanan qarşılıqlı anlaşma memorandumu ölkəyə investisiya cəlbi üçün yeni perspektivlər açacaq.

Virtualaz.org saytının Malta KİV-lərinə istinadən verdiyi xəbərə görə, C.Muskat bildirib ki, ARDNŞ artıq “ExxonMobil”in İsveçrədəki bütün aktivlərini, habelə beynəlxalq tərəfdaşları olan digər birgə müəssisələrini alıb.

“Bizim müxalifət isə Azərbaycanın kredit qabiliyyətinə kölğə salmağa çalışır. Lakin aydın məsələdir: müxalifət ona görə belə edir ki, onlar tənqid etmək üçün başqa mövzu tapa bilmirlər” - deyə Maltanın baş naziri bildirib.

C.Muskat əlavə edib ki, “ElectroGas” şirkətinin 20 faizi ARDNŞ-ə məxsusdur, bu da Maltada qazla işləyən yeni elektrik stansiyası yaratmağa imkan verir.

Yada salaq ki, virtualaz.org saytı bu haqda bir qədər əvvəl yazmışdı. Həmin məqalədə deyilirdi ki, ARDNŞ-in Afrika ölkələrinə və Maltaya qaz nəqli üçün strateji tərəfdaş kimi seçdiyi Britaniya şirkətinin iflasa uğraması Maltada siyasi qalmaqal predmetinə çevrilib.

Maltanın müxalifətdə olan Milliyyətçi Partiyası ölkə hökumətinin iflasa uğramış bir şirkətin qazla işləyən elektrik stansiyasının tikintisinə cəlb olunmasına niyə icazə verməsi məsələsini qaldırmağa hazırlaşır. Bu partiyanın sədr müavini Mario de Marko hesab edir ki, hazırda Maltada hakimiyyətdə olan leyboristlər hökumətinin imzaladığı 370 milyon dollarlıq bu müqavilədə “kifayət qədər qaranlıq məqamlar var”.

Geri qayıt