Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra hakimiyyətinin... "yolka calağı"

İcra hakimiyyətinin... "yolka calağı"


20-12-2014, 11:49
İcra hakimiyyətinin... "yolka calağı"
Sosial şəbəkələrdə Ağdaş rayonunda Yeni il üçün qurulan yolka ağacı müzakirə olunur. Müzakirələrə səbəb yolkanın iki hissədən ibarət olmasıdır.

Paylaşılan fotodan görünür ki, yolka ağacı hazırlanıb, bəzədilib. Lakin iki hissədən ibarət olan yolka nədənsə birləşdirilməyib.

Sosial şəbəkə istifadəçilərinin şərhlərinə görə, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) texnika olmadığından yolkanın hissələrini üst-üstə qoya bilməyib.

Böyük marağa və təəəccübə səbəb olan məsələni aydınlaşdırmaq üçün Ağdaş RİH ilə əlaqə saxladıq.

İcra hakimiyyətinin əməkdaşı Həmid Həmidov virtualaz.org saytına açıqlamasında bildirdi ki, yayılan xəbərlər yalandır, İcra hakimiyyətinin texnikası var və artıq yolka birləşdirilib: “Bu xəbəri kim yayıbsa, yalandır. Bizim kifayət qədər texnikamız var. Sadəcə olaraq kimsə bu şəkli yolka qurulmamışdan əvvəl çəkib. Yolkanı hazır şəkildə bəzəmək çətindir. İki hissəli bu yolkanı bəzəyib sonra birləşdirmişik. Yolka hazırdır. İstəyirlərsə, şəklini indi çəksinlər. Yeri gəlmişkən, həmin yolkadan biri də hazırda İcra Hakimiyyətinin qarşısında qurulur”.
Virtualaz.org

Geri qayıt