Əsas Səhifə > Güney Press / Ana xəbər > Erməni prokuror girovlarımıza ömürlük və 22 il iş istədi

Erməni prokuror girovlarımıza ömürlük və 22 il iş istədi


19-12-2014, 15:42
Erməni prokuror girovlarımıza ömürlük və 22 il iş istədi
FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycanlı girovların qondarma məhkəməsində prokuror Karen Qabrielyan Dilqəm Əsgərov üçün ömürlük, Şahbaz Quliyev üçün isə 22 il həbs cəzası istəyib.

Prokuror buna əsas kimi girovlarımızın sərhəddi qeyri-qanuni keçməsi (?), informasiya yığması, vidoçəkiliş hazırladıqlarını göstərib. O, həmçinin Dilqəm Əsgərovu Smbat Çakanyanın ölümündə ittiham edib.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Geri qayıt