Əsas Səhifə > Güney Press / Ana xəbər > "Azəriqaz"ın rəhbər işçiləri heç kimdən ehtiyat etmirlər...

"Azəriqaz"ın rəhbər işçiləri heç kimdən ehtiyat etmirlər...


19-12-2014, 11:47
"Azəriqaz"ın rəhbər işçiləri heç kimdən ehtiyat etmirlər...
В«AzəriqazВ» İB-də istehsal intizamı və qanunlara riayət edilməsi sözün geniş mənasında istər istehlakçılar, istərsə də qazpaylayıcı təşkilatın daxil olduğu Dövlət Neft Şirkətinin rəhbərliyi üçün baş ağrısı olaraq qalır.

İki ildən çox bundan əvvəl В«AzəriqazВ»ın Sabunçu Qaz İstismarı İdarəsinin təqsiri üzündən baş verən hadisə bu cəhətdən səciyyəvidir. 2012-ci ilin iyulunda güclü külək nəticəsində əyilən ağac qaz borusunu əyərək abunəçi Zeynəb Sadıqovanın sayğacını zədələyib (I Zabrat qəsəbəsi, yeni sahə -1).

İki aya yaxın müddətdə В«AzəriqazВ» əməkdaşları təqsiri abunəçinin üzərinə atmağa çalışıb, sayğacın dəyişdirilməsi üçün ondan pul tələb ediblər. Turan Agentliyinin ARDNŞ prezidenti Rövnəq Abdullayevə yazılı müraciətindən sonra (7 avqust, в„–293) В«AzəriqazВ»ın komissiyası sayğaca təbiət hadisəsinin təsirini etiraf edib, sayğacın olduğu yerin fotoşəkilləri çəkilib. В«AzəriqazВ»ın laboratoriyası isə sayğacın daxilinə müdaxilə olmadığını bildirib.

Bundan sonra, sentyabrın 13-də sayğac “Qaz təchizatı haqqında” qanunun 9-cu maddəsinə əsasən qazpaylayıcı şirkətin hesabına dəyişdirilib. Yeni sayğacın qoyulması barədə 301650 nömrəli akt yazılıb. Sənədi В«AzəriqazВ» əməkdaşları və abunəçi imzalayıb.

Bununla məsələ bitməli idi. Amma sayğac quraşdırılandan 2 il 3 ay sonra В«AzəriqazВ»ın Sabunçu İstismar İdarəsinin əməkdaşları sayğacın yeni sahibi Əbdüləli Həsənovdan tələb ediblər ki, 2 ildən çox əvvəl quraşdırılan sayğaca görə 200 manat ödəsin. Üstəlik, bundan öncə xəbərdarlıq etmədən Həsənovun evinə qaz verilişi dayandırılıb.

Acınacaqlı burasıdır ki, ödəniş üçün Həsənova qanuni sənəd verilməyib. В«AzəriqazВ»ın təmsilçisi Şakir Ağayev abunəçi Həsənova "abonent saldosu" təqdim edib. Vərəqin altında əllə yazılıb: "sayğaca dəyən ziyan 200 manat", həmçinin hansısa hesab nömrəsi - 1102AQ10100188453 qeyd edilib.

Ağayevə özünü Azərbaycan Respublikasının vətəndaşı kimi təqdim edən Turan Agentliyinin direktoru Mehman Əliyev telefon danışığında Həsənovun qazının kəsilməsinin, həmçinin sayğaca görə ödəniş sənədinin qanunsuz olduğunu izah etməyə çalışıb və 2012-ci ildə quraşdırılan sayğaca görə ödənişi əsaslandıran sənədin, həmçinin qanuni ödəmə sənədinin təqdim olunmasını istəyib. O isə cavabında bildirib ki, lazım bildiyini edir və heç kimdən qorxmur.

В«AzəriqazВ» İB-də sağalmaz və səciyyəvi situasiya ilə bağlı Turan Agentliyi ARDNŞ prezidentinə müraciət etmək məcburiyyətində qalır, çünki Sadıqova- Həsənov-Ağayev hadisəsi geniş mənaya malikdir və səciyyəvi nümunədir. Bilavasitə 6,4 mln istehlakçı ilə işləyən В«AzəriqazВ» sistemində maariləndirici və tərbiyəvi işlər aparmaq, sənədlərin qanunvericiliyə və Nazirlər Kabinetinin В«Qazdan istifadə Qaydaları”nın təsdiqi haqqındaВ» в„–80 qərarına uyğunlaşdırmaq lazımdır.

Nəhayət, bu cür hadisələr xaricdə biznesini uğurla həyat keçirən Dövlət Neft Şirkətinin imicinə də zərbə vurur.

Geri qayıt