Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizov kəsdiyi ağaclara görə məhkəmə qarşısında cavab verəcək
Eldar Əzizov kəsdiyi ağaclara görə məhkəmə qarşısında cavab verəcək19-12-2014, 09:29 |
![]() DİA.AZ: - Sumqayıt Dövlət Dram Teatrının işçisi Süleymanov Anar yerli icra hakimiyyətinə qarşı məhkəmə iddiası ilə çıxış edib. Bu barədə DİA.AZ-a A.Süleymanovun özü məlumat verib. O, redasiyamıza açıqlamasında deyib: "Sizə keçən dəfə Sumqayıt şəhərinin müxtəlif yerlərində ağacların kütləvi kəsilməsi və yandirılması barədə məlumat vermişdim. Bu qanunsuz faktlarla bağlı Sumqayıt şəhər İcra Hakimiyətini məhkəməyə verdiyimi də açıqlamışdım. 17 dekabrda mənə Sumqayıt İnzibati İqdisadi məhkəməsindən bildiriş qəlib. Bu bildirişdə məhkəmənin baş tutması haqda olan iddiam təmin olundu , 2015-ci ilin 9 yanvar, saat 16:00-da məhkəmə olacaq". İddiaçı tərəf kimi çıxış edən Sumqayıt Dövlət Dram Teatrının işçisi diaaz.space-a açıqlamasında eyni zamanda onu da bildirib ki, bütün KİV işçilərinin məhkəmədə iştirakından məmnun olar. Geri qayıt |