Əsas Səhifə > Güney Press / Ana xəbər > Sakinlərinin 90 faizi qadın olan erməni kəndindən reportaj

Sakinlərinin 90 faizi qadın olan erməni kəndindən reportaj

16-12-2014, 14:10
Sakinlərinin 90 faizi qadın olan erməni kəndindən reportaj
Fransalı fotojurnalist Julyen Pebrele Ermənistandakı ağır iqtisadi-sosial durumu əks etdirən silsilə fotolar çəkib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2 həftə ərzində Zəngəzurda yerləşən Lçak kəndində yaşayan Pebrele kənd sakinlərinin 90 faizinin qadınlardan və qocalardan ibarət olduğunu, yetkinlik yaşına çatan bütün kişilərin Rusiyaya qazanc dalınca getdiyini fotolarla əks etdirib.

Ərləri Rusiyada işləyən Anuş və Syuzanna adlı iki gənc qadını danışdıran fotoqraf kənddəki səfalətin şahidi olub.

“Belə yerlərdə qış ayları bayram hesab olunur. İlin sonunda kişilər kəndə qayıdırlar və çoxlu toy, şənlik baş tutur. Ailələri ilə qovuşan kişilər qış ayları bitdikdən sonra yenidən öz çemodanlarını götürüb daha 1 il işləmək üçün Rusiyaya yola düşürlər”, - erməni qadın Anuş deyib.

Lçak kəndində çəkilən fotolar ABŞ-ın “CNN” telekanalının saytında da yerləşdirilib.

Geri qayıt