Əsas Səhifə > Güney Press / Ana xəbər > “Başqa dövlətlərin maliyyəsi ilə fəaliyyət göstərən bəzi saytlar aktivləşib”

“Başqa dövlətlərin maliyyəsi ilə fəaliyyət göstərən bəzi saytlar aktivləşib”


16-12-2014, 13:05
“Başqa dövlətlərin maliyyəsi ilə fəaliyyət göstərən bəzi saytlar aktivləşib”
Milli Məclisdə Azərbaycanın təhlükəsizlik orqanlarına ölkədə digər dövlətlərin maliyyəsi ilə fəaliyyət göstərən saytlarla bağlı müraciət olunub.

APA-nın məlumatına görə, deputat Fazil Mustafa bildirib ki, son vaxtlar başqa dövlətlərin, xüsusilə qonşu ölkələrin maliyyəsi hesabına fəaliyyət göstərən bəzi saytlar aktivləşib və Azərbaycan əleyhinə təhqiramiz təbliğata başlayıblar.

O qeyd edib ki, bu saytlar yazılarını sosial şəbəkələrdə də paylaşır və orada tanınmış şəxsləri təhqir edirlər: “Buradan bizim təhlükəsizlik orqanlarına səslənirəm ki, bunu nəzarətə götürsünlər. Namiq Haşımzadə adlı biri “Hizbullah”ın təmsilçisi kimi Bakıda yaşayır, hətta ölkə başçısını da təhqir edir. Bütün günü belə təhqiramiz təbliğatlar aparır və bütün dünya saytları da ona istinad edib paylaşırlar. Bunun qarşısını almaq lazımdır”.

Geri qayıt