Əsas Səhifə > Güney Press / Ana xəbər > Konstitusiya Məhkəməsinin hakiminin bacısı “Bandotdel“də
Konstitusiya Məhkəməsinin hakiminin bacısı “Bandotdel“də16-12-2014, 11:58 |
|
1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləmiş, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfovun doğma bacısı bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. Bu barədə Cəmiyyət İnformasiya Agentliyinə (cia.az) Nəcəfovlar ailəsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, İsa Nəcəfovun Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olan Raya Əli qızı Nəcəfovanın el arasında В«BanditizmВ» kimi tanınan mühüm bir idarəyə dəvət olunması çox ciddi şikayət əsasında baş tutub: В«Hələlik Sizə onu deyə bilərəm ki, kimya elmləri doktoru, professor Raya Nəcəfova barədə çox ciddi şikayət və ittihamlar var. Bu şikayətlərdə təhsil naziri Mikayıl Cabbarovla yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general Arzu Rəhimovun da adı hallanırВ». CİA.az olaraq, bu olayla bağlı kifayət qədər araşdırmalar aparıb, cox ciddi məlumatlara sahib olsaq da, hələ də dəqiqləşdirilməsinə xüsusi ehtiyac olan məqamlar var. Redaksiyaya təqdim olunan sənəd və digər dəlillərlə bağlı araşdırmalarımız üzərində son dəqiqləşdirmələr aparılır və tezliklə ölkə gündəmini silkələyəcək sensasion xəbər oxuculara təqdim ediləcək. Onu da xatırladaq ki, İsa Nəcəfov 2012-ci ildə Milli Məclisin yaz sessiyasında 125 deputatdan 102-nin səsini almaqla, bu dəfə 15 il müddətinə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. O, 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1970-1972-ci illərdə Sovet Ordusunda hərbi xidmətdən keçib. 1979-cu ildə Azərbaycan Dovlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildən başlayan İsa Nəcəfov həmin ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində işləyib. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləyib. Geri qayıt |