Əsas Səhifə > Güney Press / Ana xəbər > Xədicəsevərlər İlham Əliyevdən nə istəyir?

Xədicəsevərlər İlham Əliyevdən nə istəyir?


13-12-2014, 11:05
Xədicəsevərlər İlham Əliyevdən nə istəyir?
Jurnalist Xədicə İsmayılovanın həbs olunması ətrafında yaradılmış В«beynəlxalq qalmaqalınВ» ilk (?-buna qayıdacağıq) dalğası nisbətən səngiyib. Dekabrın 5-də Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən X.İsmayılova haqqında ölkədaxili bəyanatlardan daha çox, xarici qeyri-hökümət və dövlət qurumlarından yayılan bəyanatlara kənar müşahidəçi gözü ilə qısa nəzər yetirmək üçün kifayət qədər əsaslar var. ABŞ dövlət Departamentindən tutmuş ATƏT və AŞ qurumlarına, hətta, bəzi ölkələrin səfirləri tərəfindən В«araşdarmaçı jurnalistВ»in həbsinə verilən reaksiyalar və Azərbaycan hakimiyyətinin rəsmilərinin bu bəyanatlara cavabları, baş verənlərdən bəzi nəticələr çıxarmağa imkan verir. Əslində nə baş verdi və hələ də davam edən proseslər nəyi göstərir?

X.İsmayılova özü daxil, onun müdafiəsinə yönəlmiş bəyanatların demək olar ki, hamısında bu həbsin gözlənilən olduğu xüsusilə qırmızı xətlə vurğulanır. Diqqəti cəlb edən məqamdır. Doğrudur, X.İsmayılovanın bu həbsi gözlədiyini bəyan etməsini özünün qorxmazlığı və В«həbsin üzərinə getməkВ» əzmini göstərmək cəhdi kimi də qiymətləndirmək olar. Bunu başqa cür dəyərləndirənlər də təbii ki, var.

Ancaq ayrı-ayrı ölkələrin dövlət və qeyri-dövlət təşkilatlarının, guya, В«uzun müddətdən bəri gözlənilənВ» həbsdən əslində В«uzun müddətdən bəri gözlədikləri fürsətВ» kimi istifadə etmək cəhdləri isə göz qabağındadır.

Əvvəla, xarici mənbələrin bütün bəyanatlarında В«araşdırmaçı jurnalistВ», В«hüquq müdafiəçisiВ», В«fərqli fikir sahibiВ» kimi təqdim edilən X.İsmayılovanın bu obrazının yaradılmasında davamlı bir məqsədyönlülüyün olması da şübhəsizdir. Bunu görmək üçün bəzi detallara diqqət yetirmək kifayətdir. Əslində X.İsmayılovanın В«araşdırmalarıВ»nın mövzusu nə olub və hədəfi kim(lər)dir? Bu gün də В«AzadlıqВ» radiosunun saytında В«X.İsmayılın araşdırdıqlarıВ» kimi təqdim edilən bölümdə mövzu da, hədəf də birdir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri. Bu В«araşdırmalarınВ» mahiyyətinə varmırıq, hansı mənbələrə, hansı faktlara, sübutlara əsaslanıb-əsaslanmadığını da müzakirə etmədən, əminliklə onu demək olar ki, bu В«araşdırmalarВ» əslində bir mərkəzdən idarə olunur! Hədəfi - müstəqil bir dövlətin başçısını və ailə üzvlərini, guya, gözdən salmaq məqsədilə təzyiq altında saxlamaq cəhdi olduğu açıq-aşkardır. Bu fikrə etiraz edənlərə sadə bir sual da yetər:

В«Araşdırmaçı jurnalistВ»in bu mövzulardan və bəlli isimlərdən başqa bir mövzusu olubmu, varmı?

Ölkə başçısını hədəfə almaqla Azərbaycan dövlətinə, bu gün bütün dünyada tətbiq edilən və kiçik dövlətlərin başçılarına, liderlərinə şəxsi təzyiq etməklə В«böyük güclərinВ» təsiri altında saxlamağa yönəlmiş qara piar fəaliyyətində X.İsmayılovanın qidalandırılması, görəsən, kimin və hansı qüvvələrin əl işi (və ya “beyin məhsulu”) idi? Heç şübhəsiz, o qüvvələrin ki, dekabrın 5-dən bəri ard-arda В«X.İsmayıla azadlıqВ» bəyanatlarını verməkdə sanki yarışa giriblər. Və heç şübhəsiz ki, X.İsmayılovanın В«araşdırmaçıВ» obrazının yaradılmasında da həmin qüvvələrin məqsədi vardı.

Lakin onu da xatırladaq ki, 3-4 il əvvəldən başlanan В«bu araşdırmalaraВ» görə indiydək X.İsmayılovaya qarşı nə rəsmi ittiham, nə qeyri-rəsmi təzyiq-təhdid, nə də ümumiyyətlə, bu mövzulara dair münasibət, irad bildirilməyib.

Xədicənin vəzifəsi: Rəsmi Bakıya nələrisə diqtə emək üçün əcnəbilərə əlverişli mühit yaratmaq olub

В«Hüquq müdafiəçisiВ» obrazını isə X.İsmayılovaya son aylarda yaraşdırmağa başlayıblar. Ümumiyyətlə, jurnalistin hüquq müdaifəçisi kimi fəaliyyətinin hüquqa və müdafiə olunan şəxslərə nə dərəcədə səmərə verib-verməməsi başqa bir mövzudur. Lakin X.İsmayılovanın В«hüquq müdafiəçisiВ» kimi bu vaxta qədər kimlərin hüququnu qoruduğu və hansı nəticələrə nail olduğunu soruşmaq olardı. Sualın məntiqli cavabı olmayacağı bəlli olduğundan, üstündən keçək. Son aylarda В«parlayan hüquq müdaifəçiliyiВ» yalnız beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə ağ-qara bəyanatlar vermək, iclas salonlarında kiçik В«mobil qruplarlaВ» В«ağzı bağlıВ» və ya ermənilərlə birgə Azərbaycan nümayəndə heyətinin çıxışına “arxasını çevirməklə etiraz aksiyaları” təşkil etməkdən başqa bir şey olmayıb. Yenə də qidalandırıcı mənbə eynidir. Məqsəd də beynəlxalq təşkilatlarda, iclas salonlarına yığışan müasir güclərin Azərbaycana təzyiqini stimullaşdırmaq, rəsmi Bakıya nələrisə diqtə emək üçün əlverişli mühit yaratmaq olub. İndiyədək X.İsmayılovanın Azərbaycanda bir nəfərin, həqiqətən, haqqı tapdalanmış bir sadə vətəndaşın hüququnu qoruduğu, milli, yaxud beynəlxalq məhkəmələrdə vətəndaşın səsini çatdırdığının şahidi olmamışıq.
Lap elə ölkə daxilində hüququ pozulan şəxslərin olduğunu da heç kəs inkar etmir. Hüquq-mühafizə və məhkəmə orqanları məhz vətəndaşların pozulmuş hüquqularının bərpası məqsədilə fəaliyyət göstərirlər. Ancaq X.İsmayılova və onu “sevənlər” bu pozuntuları heç vaxt “görmürlər”...

Guya, hüquqlarının müdafiə olunduğu В«siyasi məhbuslarВ»ın, bu oyunbazlıqların onların adından alver olduğunu başa düşdükdən sonra yazdıqları əfv ərizələri ilə azadlığa çıxmaları da yalnız ölkə başçısının iradəsinə bağlı olan məsələdir. Azərbaycan hakimiyyətinin indiydək heç bir beynəlxalq güc qarşısında geri çəkilərək kimsəyə siyasi ritorika naminə güzəştə getdiyinin də şahidi olmamışıq. Atılan hər bir addım həmişə Azərbaycan Konstitusiyası və qanunları ilə müşayiət olunub.

X.İsmayılovanın Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən В«fərqli fikir sahibiВ» obrazında təqdim edilməsi isə beynəlxalq В«demoqogiyanınВ» parıltılı, lakin uğursuz ritorikası kimi qəbul oluna bilər.

X.İsmayılovanın son aylarda Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri sırasından qalmaqalda olmadığı çox az sayda adam göstərmək olar. Onu da əgər göstərmək olarsa… Bu gün, onun həbsindən keçən həftə ərzində, Azərbaycanda X.İsmayılovanı müdafiə edən şəxslərin də açıqlamalarından onun dəstək verdiyi adamların dairəsi görünür. Bundan ötrü mətbuatda müsahibə verən “Xədicəyanlıların” kimliyinə diqqət yetirmək kifayətdir. В«Vətəndaş cəmiyyətiВ» deyəndə ABŞ və Avropa rəsmiləri əgər bu dar çevrəni nəzərdə tutursa, o zaman bu məsələyə əlavə şərhə zərurət yoxdur. Hanı o vəkillər, hüquq müdafiəçiləri, qələm adamları ki, 2 il əvvəl X.İsmayılovanın В«öz dostlarıВ» tərəfindən yayılan video-qalmaqalda onu bəlkə də səmimiyyətlə müdafiə edirdilər? X.İsmayılova öz fəaliyyəti ilə vaxtilə onun vətəndaş hüquqlarının müdafiəsinə qoşulmuş şəxslərin böyük əksəriyyətini xarici mənbələr tərəfindən qurulan В«vətəndaş cəmiyyətindənВ» tamamilə təcrid etdi.

“Ofisimin uzunmüddətli tərəfdaşı Xədicə İsmayılın həbsi…”

İndi, yuxarıdakı bu qısa icmaldan sonra, X.İsmayılovanın həbsinə verilən reaksiyalara qayıtmaq olar. Cəmi bir neçə saat ərzində bir çox beynəlxalq qurumlar X.İsmayılovanın həbsinə planlı münasibət sərgilədilər. ABŞ Dövlət Departamentinin sözçüsü, ABŞ-ın Helsinki Komissiyasının sədri, Böyük Britaniyanın Bakıdakı səfiri, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington, Avropa Birliyinin rəsmisi Federica Mogherini, Avropa Şurasının baş katibi Thorborn Jagland, Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks, mətbuat azadlığı sahəsində beynəlxalq təşkilatlar В«ildırım sürətiləВ» Azərbaycan hakimiyyətini В«X.İsmayılı dərhal azadlığaВ» buraxmağa çağıran bəyanatlar verdilər.

Əlbəttə, bu bəyanatların əksəriyyətini elə bu bəyanat sahiblərinin gündəlik işi, В«quş qoymaqВ» xətrinə verilməsi kimi də qəbul etmək olar. Standart, şablon ifadələrdən ibarət olan bu bəyanatlarla çıxış etmək bu qurumların və şəxslərin “fəaliyyət göstəricisidir”. Xüsusən, beynəlxalq jurnalist təşkilatlarının ümumi ifadələrlə, В«söz və fikir azadlığıВ» çağırışlarının çox şahidi omuşuq.

Ancaq bu bəyanatlarda maraqlı detallar xüsusilə diqqəti cəlb edir: В«Xədicə İsmayılı, eləcə də Avropa Şurasının hazırda azadlıqdan məhrum edilmiş tərəfdaşlarından çoxunu dərhal azadlığa buraxmağa çağırıramВ». Bu tələb Avropa Şurasının Baş katibi Thorborn Jaglandın bəyanatındandır. Maraqlıdır, В«Avropa Şurasının tərəfdaşları…» Avropa dövlətlərinin birliyi olan Avropa Şurası üzv dövlətləri, yoxsa həmin dövlətdə ayrıca bir vətəndaşı özünə tərəfdaş görür?
В«Tanınmış jurnalist və Ofisimin uzunmüddətli tərəfdaşı Xədicə İsmayılın həbsi…» Avropa Şurasının insan haqları komissarı Nils Muiznieksin bəyanatı bu təqdimatla başlayır. AŞ Komissarı konkret bir şəxsi В«öz ofisinin tərəfdaşıВ» kimi görürsə, bu ölkədə yaşayan milyonlarla insanın haqlarına münasibətdə ayrı-seçkilik etmirmi?

Və yaxud Böyük Britaniyanın səfiri və ya dövlət naziri Azərbaycan vətəndaşının həbsinə bu cür təpki ilə reaksiya verirsə, bu, nə qədər böyük olsa da, bir dövlətin kiçik gördüyü (yaxud görmək istədiyi-red.) başqa bir dövlətin daxili işinə bilavasitə müdaxilə kimi qiymətləndlirilə bilməzmi?

Azərbaycanın ABŞ-da, yaxud Böyük Britaniyada və ya hansısa lap Afrika ölkəsindəki səfirinin, (yaxud ölkəmizin ədliyyə nazirinin) həmin ölkənin konkret vətəndaşının həbsinə münasibətdə belə bir bəyanat verməsi o ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməzdimi?

Əslində X.İsmayılovanın həbsi beynəlxalq təşkilatların son 4-5 ildə onu Azərbaycan daxilində hansı məqsədlər üçün “bəslədiklərinə” işıq saldı. “Uzun müddətdən bəri gözlənilən həbs” ifadəsi bu mənada reallığı dəqiq ifadə edir.

Azərbaycanın hüquq sisteminə hörmətsizlik...

Digər bir məsələ isə, bu bəyanatlardakı ritorika ilə bağlıdır: В«Dərhal azad etməyə çağırırıqВ». Niyə? Məgər Azərbaycan məhkəmələri, hüquq sistemi xarici qurumların çağırışları ilə işləyir? Azərbaycanda hüquqi demokratik islahatları təkmilləşdirməyə çağıran beynəlxalq təşkilatlar, eyni zamanda, siyasi hakimiyyəti məhkəmə hakimiyyətinin işinə müdaxilə etməyə sövq edirlər. Bəs bu ölkənin Konstitusiyası, qanunları, məcəllələri, məhkəmə prosedurları yoxdurmu? Axı X.İsmayılova məhkəmə qərarı ilə həbs olunub, açıq keçirilən məhkəmə iclasında, müdafiəçilərinin iştirakı ilə…

Hələ ki, o, yalnız təqsirləndirilən şəxs statusundadır. Hələ ki, istintaq gedir. İstintaqın yaydığı rəsmi məlumatda da X.İsmayılovanın CM-in 125-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğu göstərilir. İstintaqın gedişində nəyin sübut olunacağı, nəyin təkzib ediləcəyi, bəlkə də X.İsmayılovanın bəraət alacağı hələ bəlli deyil. Bütün variantlar gözləniləndir və heç kəs qabaqcadan şəxsin təqsirli olub-olmamasına hökm verə bilməz. Azərbaycan Konstitusiyasının 63-cü maddəsi hər kəsin təqsirsizlik prezumpsiyası hüququnu tanıyır. Hələ ki, X.İsmayılovanın barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur və o, rəsmən təqsirli sayılmır. Bütün dünyada cinayətdə şübhəli bilinən şəxsin istintaqa cəlb edilməsi və istintaq müddətində tutulması, həbs edilməsi və ya istintaq altında azadlıqda qalması qanunla müəyyən olunan prosedurdur. Bu məsələlərdə siyasi bəyanatlar, təzyiq çağırışları dövlətlərin hüquq sisteminə müdaxilə kimi qiymətləndirilir. Elə isə bu canfəşanlıq (siyasi atəşfəşanlıq da demək olar) nəyə lazımdır? Bu, Azərbaycan hakimiyyətini, dövlətini bəyanat atəşinə tutmaq üçün В«əlverişli fürsətВ» hesab oluna bilər. Ancaq bu, o cənabların və xanımların özlərinin də bildiyi kimi, artıq tarixə çevrilmiş В«passiv diplomatiyanınВ» müasir dövrdə keçməyən üsullarıdır.

Onlara X.İsmayılovanın həbsdən azad olunması lazım deyil…

Əslində beynəlxalq В«xədicəsevərlərВ»ə onun həbsdən azad olmasından daha çox, X.İsmayılovanın həbsi faktından Azərbaycan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək lazımdır. J.Psakidən tutmuş E.Jaqlanda qədər hər kəs X.İsmayılovaya Azərbaycan hakimiyyəti tərəfindən В«daimi qısnaq və təzyiqВ» olmadığını gözəl bilir. Özünü bilməməzliyə vuranlara ən azı onu xatırlatmaq yerinə düşər ki, X.İsmayılovanın qardaşının vasitəsilə Bakı şəhərində biznes obyekti bu gün də fəaliyyətdədir. Hələ üstəlik, nəinki X.İsmayılovaya maneçilik törədilir, bəlkə də müəyyən məmurlar tərəfindən məhz onun qardaşının bəzi qanunsuz əməllərinin himayə olunması da Analitik.az-da yazılmışdı. Və ya 3 ay əvvəl Gürcüstandan tədbirdən qayıdarkən hava limanında üzərində baxış keçirilərkən 3800 Avro, 500 dollar pulun hansı mənbədən əldə olunduğunu da heç kəs sorğu-sual etməmişdi. Ayda bir neçə dəfə müxtəlif xarici tədbirlərdə (hər dəfə də Azərbaycan əleyhinə kampaniyalar təşkil edilməklə) iştirakının əsl məqsədini də indiyədək araşdıran olmayıb… Baxmayaraq ki, bu səfərlərin, tədbirlərin məqsədinin bimənalı olaraq Azərbaycan hakimiyyətinə, prezidentə təzyiq kampaniyaları olduğu aşkar bəllidir. Bu tədbirlərdən Azərbaycan cəmiyyətinə, vətəndaşına zərrə qələr xeyir gəldiyini gözləmək sadəcə sadəlövhlük olardı.

Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsində Azərbaycan hakimiyyətinə təzyiq etmək imkanı yoxdur?

Azərbacyan ərazisində insan və vətəndaş hüquqlarının müdafəçilərinin diqqətini cəlb etməli pozuntular həqiqətən var. Bircə misal gətirmək yetər. ABŞ-dan tutmuş Böyük Britaniyaya qədər, Avropa Şurası, Avropa Birliyi, ATƏT və s. təşkilatların Azərbaycan ərazisi kimi tanıdığı Kəlbəcər rayonunda bu rayonun sakinləri olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən aylar keçir. Bu ölkələrin və beynəlxalq təşkilatların dövlət kimi tanımadığı В«Dağlıq QarabağВ»da Azərbaycan vətəndaşlarına QANUNSUZ В«MƏHKƏMƏВ» qurulub. İnsan və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı bütün beynəlxalq konvensiyalarda insanın yalnız Konstitusiya quruluşu və qanunla təşkil olunan məhkəmə tərəfindən mühakimə olunması hüququ göstərilir. İnsan hüququ bəşəri dəyərdir və hər bir halda beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən qorunmalı, müdafiə olunmalıdır. İrqindən, milliyyətindən, cinsindən, siyasi mənsubiyyətindən və s. asılı olmayaraq, istənilən şəxsin mühakimə olunması yalnız legitim dövlət hakimiyyəti orqanı olan məhkəmə tərəfindən həyata keçirilə bilər. Beynəlxalq hüququn tanımadığı В«Dağlıq QarabağВ»ın qondarma В«məhkəməsiВ» tərəfindən Azərbaycan vətəndaşlarının mühakimə olunması hansı bəşəri dəyərə, hansı hüquqa uyğundur ki, adları yuxarıda sadalanan və sadalanmayan В«hüquq keşikçiləriВ» buna göz yumurlar? Ötən neçə ay ərzində bu təşkilatların hamısı bir yerdə X.İsmayılovanın həbsinə 1 gündə verdikləri reaksiya qədər münasibət göstərməyiblər. Nə üçün? Ona görə ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev insan deyil, vətəndaş deyil? Yoxsa, bu şəxslərin təməl hüquqlarından olan ədalətli mühakimə olunmaq hüquqlarının pozulduğunu bəyan etməklə Azərbaycan hakimiyyətinə təzyiq etmək imkanı yoxdur? Axı öz torpaqlarında ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıların В«Dağlıq QarabağВ»da tanınmayan, legitim olmayan В«məhkəməВ» tərəfindən mühakimə olunmasını Azərbaycan iqtidarının В«ayağına yazmaqВ» lap ağ olardı…

Onlara isə kimliyindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüququnu müdaifə etmək yox, Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün bəhanə lazımdır. Bu cəhdlərin səmərə verməyəcəyi bəlli olduğundan, В«insan hüquqları üzrə beynəlxalq qalmaqalınВ» ikinci dalğasını da gözləmək təbiidir…Bu, həm də təzyiqlərin növbəti dalğası olacaq...

Geri qayıt