Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəlbəcər girovların “məhkəmə”si təxirə düşdü
Kəlbəcər girovların “məhkəmə”si təxirə düşdü12-12-2014, 13:31 |
|
Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma “məhkəməsi” dekabrın 19-na qədər təxirə salınıb. Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. Qondarma “məhkəmə”nin təxirə salınmasına səbəb Şahbaz Quliyevin “vəkili” Arkadiy İsrailyanın səhhətində yaranan problemlər, həmçinin “zərərçəkən” Vreja Balayanın məhkəməyə gəlməməsidir. Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Geri qayıt |