Əsas Səhifə > Güney Press / Ana xəbər > VTB Bank-Azerbaijan üçün “ehtiyat aerodrom” hansıdır?
VTB Bank-Azerbaijan üçün “ehtiyat aerodrom” hansıdır?12-12-2014, 10:59 |
![]() Rusiya SWIFT sistemindən imtina etsə, В«VTB Bank (Azerbaijan)В» müştəriləri narahat olmasın – ödənişlər В«AtaBankВ» ASC vasitəsilə həyata keçiriləcək. Bu gün “Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib ki, Rusiya banklarının SWIFT beynəlxalq sistemindən kənarlaşdırılması ehtimalı çox azdır. Bankın ekspertləri qlobal operatorun bəyanatının buna əsas gətirir. Əgər Rusiya SWIFT sistemindən kənarlaşdırılarsa, “Bank VTB (Azerbaijan)” öz ödənişlərini bankın 49% səhmlərinə sahib olan “AtaHolding” ASC-nin tərkibindəki “AtaBank” vasitəsilə həyata keçirə bilər”, - deyə Y.Yakovlev qeyd edib. Xatırladaq ki, SWIFT bank informasiyalarının mübadiləsi sistemi bəyan edib ki, siyasi təzyiq olsa belə, RF-ə xidməti dayandırmaq fikri yoxdur. O, Belçika qanunvericiliyinin tabeçiliyində olan neytral qlobal operatordur. Rusiyanın beynəlxalq bank məlumatları mübadiləsi sistemindən kənarlaşdırılması barədə Avropa Parlamentinin tövsiyələri SWIFT-in hüquqlarını pozur və onun nüfuzuna ciddi ziyan vurur. Hazırda 210 ölkənin 10 mindən artıq maliyyə təşkilatının qoşulduğu SWIFT şəbəkəsi vasitəsi ilə gün ərzində $6 trln.-dan çox həcmdə ödəniş aparılır: Rusiya SWIFT sistemindən istifadə edənlərin sayına görə ABŞ-dan sonra ikinci yerdədir. AMB 2009-cu ilin martında VTBBank (Azerbaijan) ASC-yə lisenziya verib. Bankın səhmlərinin 51%-i Bank VTB ASC-yə, 48,99%-i AtaHolding qrupuna, 0,01%-i fiziki şəxslərə məxsusdur. Geri qayıt |