Əsas Səhifə > Güney Press / Ana xəbər > Gəncədən fərqli xəbər: Döyülən etirazçı kəlbəcərlilər olub

Gəncədən fərqli xəbər: Döyülən etirazçı kəlbəcərlilər olub


11-12-2014, 14:05
Gəncədən fərqli xəbər: Döyülən etirazçı kəlbəcərlilər olub
Moderator.az dünən Gəncənin Gülüstan qəsəbəsində məskunlaşmış kəlbəcərli ailələrlə şəhərin Nizami rayonun icra strukturları və polisi arasında insident yaşandığı barədə xəbər vermişdi.

Həmin xəbəri buradan oxuya bilərsiniz...moderator.az/?xeber=64340

Bildirlirdi ki, xədarət alanlar var və bir nəfər kəlbəcərli ağır vəziyyətdə Gəncə şəhər 3 saylı xəstəxanaya yerləşdirlib.
Bu gün Gəncədəki mənbələrimizdən aldığımız məlumata görə yaranmış vəziyyətdən narahatlıq keçirən rəsmilər guya kəlbəcərlilərin hakimiyyət təmsilçilərinə qarşı zor tətbiq etdiklərini, avtomobilin şüşəsinin sındırılmasını rəsmiləşdirərək cinayət işi qaldırıblar, beləliklə, diqqəti əsas məsələdən yayındırmağa çalışıblar. Kəlbəcərlilər deyir ki, ağır vəziyyətdə olan Ceyhun Səmədovu dünən gecə ikən xəstəxanadan çıxarıb naməlum istiqamətə aparıblar. Bəzi məlumatlara görə C. Səmədovu polisə aparıblar. Kəlbəcərlilər hadisədən bərk qəzəbləniblər və onlara qarşı şəhərin icra strukturlarının atdığı bu addıma görə ölkə başçısından məsələyə müdaxilə etməsini xahiş edirlər. Onların bildirdiyinə görə, məcburi köçkünlərə qarşı zor tətbiq edənlər cəzalandırılmasa Prezident Administrasiyaslına üz tutacaqlar.

Geri qayıt