Əsas Səhifə > Güney Press / Ana xəbər > "Nikoyl Bank"ın Sumqayıt filialından şikayət var...
"Nikoyl Bank"ın Sumqayıt filialından şikayət var...10-12-2014, 15:06 |
![]() Sumqayıt şəhəri, 16-cı məh. Ev 42/24a, mən.4-də müvəqqəti yaşayan İsayev Bəzir Namaz oğlu ölkə rəhbərliyinə müraciət edib. Bir surəti də tia.az-ın redaksiyasına ünvanlanan müaricətdə şikayətçi oğlunun “Nikoyl Bank”ın Sumqayıt flialının rəhbəri tərəfindən aldadıldığını bildirir. Müraciəti qısa korrektələrlə təqdim edirik: Cənab Prezident! Yazıb sizə bildirirəm ki, 2013-cü ildə oğlum İsayev Anar Bəzir oğlu avtomobil almaq istədiyi üçün tanışı Əzizov Zaur Oktay oğlunun məsləhəti ilə onun dostuna məxsus və Sumqayıt şəhərində yerləşən avtosalona gedib. Orada Z.Əzizovun göstərdiyi “Mercedes Bens” markalı, tranzit nömrə nişanlı avtomaşını görüb bəyənib. Maşının sahibi Talıbov Ruslan Arif oğlu adlı şəxs idi və o maşının Almaniya istehsalı olduğuna, sükanın sağdan sola keçirilmə olmadığına oğlumu inandırıb. Maşının qiymətini 15.000 ABŞ dollarına razılaşıblar. Oğlumun həmin maşını almağa pulu çatmadığından maşın sahibi olan Ruslan “Nikoyl bank”ın Sumqayıt flialının müdiri olduğunu bildirərək təklif edib ki, oğlumun VAZ-2107 markalı Az 50 BC 365 dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş kimi həmin banka qoyulsun. Həmin filialda oğlumun adıma 10000 ABŞ dolları dəyərində kredit müqaviləsi bağlanaraq həmin müqavilə əsasında 2 il müddətində hesablanmış pulu oğlum ödəsin, sonra maşını oğlumun mülkiyyətinə keçirəcək, müqavilədə göstərilən 10000 ABŞ dollarını oğlum imza edəndən sonra Ruslan özü götürəcəkdir. Bu şərtlər oğlumu qane etdiyinə görə onunla razılaşıb. Beləliklə, onların arasında kredit müqaviləsi bağlandı və həmin müqaviləni oğlum Anar və Bank müdiri Talıbov Ruslan Arif oğlu imza etdi. Bundan sonra Bankdan götürülən 10000 ABŞ dollarını oğlum Ruslana verib və bunun müqabilində arada başqa heç bir yazışma olmadı. Oğlumun mülkiyyətində olan VAZ-2107 markalı avtomobili Ruslan salona satışa qoydu. Yeni alınan maşını isə Ruslan tez bir zamanda sürücüsü və qohumunun adına qeydiyyata aldırıb onun adından oğluma maşını idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra oğlum hər ay müqavilə şərtinə əsasən Banka pul ödəyib. 2014-cü ilin fevral ayında avtomobildə nasazlıqların meydana çıxması ilə maşının sükanının sağdan sola keçirilmə olduğu ortaya çıxdı və nəticədə Ruslanla arada narazılıq yarandı. Oğlum aldadıldığına görə ona iradını bildirəndə o, razılaşıb deyib ki, “bu maşını satıb əvəzində sənə başqa maşın verərəm”. Oğlum da onun təklifinə əsasən maşını aparıb içərisindəki sənədlərilə və bəzi əşyalarımla birlikdə elə Ruslan dediyi maşın salonuna qoydu, açarını da Ruslana verdi. Bundan bir müddət sonra oğlum maşını salonda görməyib Ruslana bildirəndə, o, deyib ki, maşını təmirə qoymuşdur. Lakin sonradan bildik ki, Ruslan maşını başqa bir şəxsə sataraq oğlumun pulunu mənimsəyib. Oğlum dəfələrlə onunla əlaqə saxlamaq istədikdə, o, qaçaraq nə görüşmüş, nə də pulunu qaytarmışdır. Bu işdə o tək olmamış, dostu Əzizov Zaur Oktay oğlu da onunla əlbir hərəkət etmişdir. Bununla da NIKOIL Investisiya Kommersiya Bankınm Sumqayıt fılialının müdiri Talıbov Ruslan Arif oğlu və Əzizov Zaur Oktay oğlu qabaqcadan əlbir olaraq mənə qarşı AR CM-nin 178.1., 178.2.1., 178.2.4., 179.1., 179.2.1., 179.2.3., 179.2.4.-cü maddələrində nəzərdə tutulmuş dələduzluq, mənimsəmə və ya israf etmə cinayətlərini törətmişdirlər. Bu problemlə bağlı hələ 10.07.2014 tarixdə Sizə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etsəm də, heç bir tədbir görülməmiş, əksinə Ruslan Talıbov məni hədələyərək “get kimə istəyirsən şikayət elə, mənə heç kim bata bilməz” demişdir. Ortada konkret cinayət əməli olduğu halda Sumqayıt şəhər Prokurorluğu işi araşdırmaqdan imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Əgər məhkəməyə müraciət edəcəkdiksə o zaman Prokurorluq nə üçündür və hansı səbəb bu işi araşdırmağa mane olur? Niyə araşdıran yoxdur ki, 43 saylı DSK-nın katibi olan oğlum İsayev Anara elə ilk dəfədən heç bir biznesi olmadığı halda nəyə görə NIKOIL Investisiya Kommersiya Bankınm Sumqayıt fılialı tərəfindən 10 000 ABŞ dolları məbləğində biznes krediti vermişdir? Cənab Prezident! Xahiş edirəm, mənə qarşı yuxarıda sadaladığım cinayət əməllərini törətmiş Talıbov Ruslan Arif oğlu və Əzizov Zaur Oktay oğlu barəsində cinayət işi açılması və ailəmizə dəymiş maddi və mənəvi zərərin ödənilməsinə köməklik göstərəsiniz. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |