Əsas Səhifə > Güney Press / Ana xəbər > “Narkotik daşınmasının arxasında önəmli şəxslər var”
“Narkotik daşınmasının arxasında önəmli şəxslər var”10-12-2014, 14:35 |
|
“İrandan Azərbaycana keçirilən narkotik vasitələr siyasi məqsəd daşımır” . Bunu Hafta.az-a açıqlamasında Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev deyib. Sabiq polis rəisinin sözlərinə görə, son günlər Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının uğurlu əməliyyatı bu sahədə işin düzgün qurulmasından irəli gəldiyini deməyə əsas verir: “Elə ölkə də var ki, narkotika ilə bağlı mübarizəni düzgün qurur və qarşısını qismən ala bilir. Bir sıra dövlətlər isə işi düzgün qura bilmədiyi üçün bacara bilmirlər. Amma bunun qarşısını tam almaq mümkün deyil. Bizdə də əgər bu vasitələrin daşıyıcıları tutulursa demək ki, bizim hüquq-mühafizə orqanları çox yaxşı işləyir. O ki qaldı İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsində intensivliyə, burada siyasi maraqların olmasını düşünmürəm. Bu ancaq müəyyən narkosindikatlara xidmət edən iqtisadi maraqlardır, puldur. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının həyata keçirdiyi son əməliyyatın hansı maraqlara xidmət etdiyini isə istintaqın gedişi göstərəcək”. Mahmud Hacıyev həmçinin bildirib ki, narkotik vasitələrin ölkəmizə keçirilməsində şübhəsiz ki, bir sıra önəmli faktorlar var: “Xarici, xüsusən də qonşu ölkələrdən narkotik vasitələrin ölkəmizə keçirilməsində əsas maraq puldur. Burada heç də siyasi məqsədlər önəmli faktor sayıla bilməz. Dünya miqyasında da narkotik vasitələrin daşınmasını, başqa ölkələrə keçirilməsini narkobaronlar, narkosindikatlar həyata keçirir. Hətta onların arasında dövlət səviyyəsində vəzifə tutmuş şəxslər də var. Narkotik daşınmasının arxasında önəmli şəxslər dayanır. Həmin insanlar da narkotik vasitələrin daşınmasına, satışına, başqa ölkələrə keçirilməsinə başçılıq edirlər. Amerika kimi dövlət sərhəddini qoruyan ikinci bir ölkə yoxdur. Bir də görürsən ki, orada da yüz kilolarla, tonlarla narkotik vasitələr tutulur. Onlar hər zaman güclü olub. Elə indi də güclüdürlər”. Xatırladaq ki, MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Növbəti dəfə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb. Bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub. Geri qayıt |