Əsas Səhifə > Güney Press / Ana xəbər > Quba rayonunda fəlakət həddi: Karxanalar necə problem yaradır
Quba rayonunda fəlakət həddi: Karxanalar necə problem yaradır8-12-2014, 11:47 |
![]() Qubanın dağlıq ərazilərindən axıb gələn çaylarda son illər daş karxanalarının fəaliyyəti həddindən çox artıb. “Qafqazinfo” xəbər verir ki, gecə-gündüz fasiləsiz işləyən karxanalar, çaylarda daş qoymayıb. Ekoloji problemlərə çevrilən çaylar səmtini dəyişərək 100 metrlərlə dərinə düşüb. Ən çox narahat olan isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatnın Quba Suvarma Sistemləri İdarəsi də həyəcan təbini çalır. Qudyalçay, Qaraçay və Vəlvələ çaylarda fəaliyyət göstərən daş karxanaları bir-biriylə bəhsə-bəhs fəaliyyət göstərir. Karxana sahibləri çayları ərazi bölgüsünə çevrib. Kənd sakinlərinin bildirdiyinə görə daş karxanaları həm çayları, həm də yolları və körpüləri viran günə salıb. Vəlvələ kəndinin yanından axan elə vəlvələ çayındakı daş karxanaları o qədər qazılıb ki, adam baxanda elə vəlvələyə düşür. Çayın dibinə kimi daş-qum çıxarılır. Bəzi Daş karxanasının sahibləri çaylarda hündür daş və qum yığınını yığaraq ehtiyat xammal yığaraq topalayır Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatnın Quba Suvarma Sistemləri İdarəsinin Şöbə rəisi Şahlar Mahmudov bundan çox narahat olduğunu bildirir. O, deyir ki, daş karxanaları Məşhur Quba bağlarına ziyan gətirir, suvarma işinə də mane olur. Geri qayıt |