Əsas Səhifə > Güney Press / Ana xəbər > 2015-ci ildə bizi nə gözləyir? -Görücülərin proqnozları

2015-ci ildə bizi nə gözləyir? -Görücülərin proqnozları


6-12-2014, 11:16
2015-ci ildə bizi nə gözləyir? -Görücülərin proqnozları
Yeni ilə az qalıb. Üzümüzə gələn yeni ildə nələr olacaq? Bəs 2015-ci ildə bizi nə gözləyir? Bu məsələ çoxlarını narahat edir. Analitik.az gələcəkdən xəbər verən məşhur görücülərin və astroloqların gələn il üçün proqnozlarını təqdim edir.

Pavel Qlobun proqnozu

Pessimist proqnozla müasirimiz Pavel Qlob çıxıs edib. O, xəbər verir ki, 2015-ci ildən yaxşı heç nə gözləməyə dəyməz. Ümumiyyətlə desək, ciddi qlobal ictimai və təbii fəlakətlərin baş verməsi ğözlənilir. Məşhur astronom proqnozlaşdırır ki, ABŞ və Avropa Birliyini ciddi iqtisadi tənəzzül gözləyir, işsizlik artacaq. Rusiyada bu proqnozlar fonunda enerji resurslarının satışı ilə bağlı çətinliklər olacaq. ABŞ və Rusiyanın geosiyasi fikir ayrılığı səbəbindən dünya soyuq müharibə ilə üz-üzə qalacaq.

Mişel Nostradamusun proqnozu

Bu pessimizmi Nostradamus daha da "gərginləsdirib". Falçı, 2015-ci ildə qlobal kataklizmlər olacağından xəbər verib. O, meşə yanğınları, vulkan püskürmələri barədə danışırdı. Bilicinin sözlərinə görə, məhz bu səbəbdən sakinlər təkcə Ayı deyil, həm də Günəsi görməyə bilərlər. İlin sonunda isə Yerdə qlobal tufan gözlənilir. Bunun səbəbi leysan yağışları və sunamilər ola bilər. Onlar Avropanın böyük hissəsini suya qərq edəcək. Bu, böyük qurbanlara gətirib çıxaracaq. Nostradamus Afrikada gözlənilən dəhşətli aclıqdan da danışırdı. Məshur kahin bəyan edib ki, 2015-ci ildə dünyanı xilas edəcək və torpaqları birləsdirəcək "peyğəmbər" - xilaskar gələcək.
Bundan əlavə, Nostradamus hesab edir ki, məhz yaxın gələcəkdə tamamilə yeni din yaranacaq. Onun sözlərinə görə, əvvəlcə o, Rusiya ərazisində yaranacaq, lakin çox tezliklə digər ölkələrə də yayılacaq. Bundan başqa, 2015-ci ildə, Nostradamusun yazılarına görə, xristianlığın və islamın tərəfdarları arasında növbəti qarşıdurma baş verəcək. Nəticədə bu münaqişə Üçüncü dünya müharibəsinin başlanması təhlükəsinə qədər gəlib çıxacaq. Xoşbəxtlikdən, bu münaqişə Çinin köməyi ilə yatırılacaq.

Vasilisa Volodinanın proqnozu

Müasir dövrün münəcciminin fikrincə, il gözlənilməz sürprizlərlə dolu olacaq. Bu gözlənilməzlikləri ilin simvolu olan Göy Keçi özü ilə gətirəcək. Onun əlamətləri - həyatın bütün sahələrində vəfasızlıq və ərköyünlük, tez-tez xasiyyət dəyişkənliyidir. Bu ildə heç kim və heç vaxt bilməyəcək ki, Keçi növbəti anda bizi nə sürpizlə üzləsdirəcək! Ona görə də, üzmüzə gələn ildən hər şey gözləmək olar. Münaqişələr, Vasilisa Volodinanın fikrincə, boş yerə tez-tez alışacaq. Bu, dünyadakı ümumi vəziyyətə və eləcə də ailələrə də aiddir. Amma bu ehtirasları yox etmək də asan olacaq. Bu zaman adi vətəndaşlar və siyasi xadimlərdən vəziyyəti gərginləsdirməmək üçün azca ağıl tələb olunacaq.
Maliyyə qurumları da Keçinin "ucbatından" qeyri-sabitliklə bağlı yüngül şok yaşayacaq - dünya valyutalarının kursunun istənilən dəyişmələrinə hazır olmaq lazımdır. Çilgin Keçı ilin sonuna yorulacaq və sakitləsəcək. Məhz bu dövr istənilən növ layihələr üçün daha əlverişli olacaq.

Vanqanın proqnozu

Bəzi mülahizələrdə Nostradamus Vanqanı dəstəkləyib. Bunlar kataklizmlər və münaqişələrə aiddir. Görücü Günəsdə güclü partlayışlar haqda qabaqcadan xəbər verirdi, bu səbəbdən çoxlu insan məhv olacaq. Onun fikrincə, Günəsdəki bu partlayışlar yerdə bütün cihazların işini poza və bəsəriyyəti qaranlığa qərq edə bilər. Vanqa qabaqcadan xəbər verirdi ki, Yerlə Günəs arasında Nibur adlı yeni planet kəfş ediləcək. Bundan başqa, Vanqa dünya miqyaslı münaqişələr və hansısa vətəndaş müharibəsinın təkrarı olacağını xəbər verib. Eləcə də o, gələcəkdən xəbər verirdi ki, 2015-ci ildə işsizlik özünün pik həddinə çatacaq. Bu isə öz növbəsində arxasınca oğurluq və xarabalıqlar gətirəcək. Görücü gələn il üçün şad xəbər də proqnozlaşdırıb. Vanqa bildirib ki, 2015-ci ildə xərçəng xəstəliyinə qarşI dərman aşkar ediləcək.

Zirəddin Rzayevin proqnozu

Həmyerlimiz Zirəddin Rzayev Azərbaycan haqda danışmaq istəməsə də, 2015-ci ilin proqnozunu verib. Onun da dünyada baş verəcək hadisələr haqda proqnozu Nostradamus və Vanqanın dedikləri ilə uyğunluq təskil edir. Rzayevin fikrincə, 2015-ci ilin ilk yarısı Rusiya və Amerika münasibətləri gərginləsməyə başlayacaq. Ancaq bu gərginlik müharibəyə səbəb olmayacaq. 2015-ci il Rusiya üçün iqtisadi baxımdan bir o qədər də uğurlu olmayacaq. Lakin Rusiya bu gərginliyi uğurla başa vuracaq. 2016-cı ilə qədər iqtisadi baxımından Rusiya özünü tədricən doğruldacaq. 2015-ci ilin yay fəslində bir çox ölkələrdə havalar anomal keçəcək. Son iki il müddətində yaz-yay fəslində atom bombasını xatırladan güclü və dəhşətli partlayış olacaq. Dəhşətli partlayışda çox sayda insan öləcək. Qərbdən Şərqə gələn bir çox qida məhsulları insanlara ölüm gətirəcək. Çox sayda insanları təhlükə gözləyir. İlin ortaları Yaponiyada yenidən təbii fəlakətlər, xüsusən yeraltı təkanlar özünü göstərəcək. İtaliyada təbii fəlakətlər olacaq. Orada ictimai qorxu yaranacaq.

Amma bütün bu proqnozlara baxmayaraq , astroloqlar və görücülər nə vəd versələr də, hər şey Allahın əlindədir. Üzümüzə gələn 2015-ci ildə Allahın amanında olaq!

Geri qayıt