Əsas Səhifə > Güney Press / Ana xəbər > İlham Əliyev Kəlbəcərdə girov düşənlərə mənzil verdi

İlham Əliyev Kəlbəcərdə girov düşənlərə mənzil verdi


5-12-2014, 14:14
İlham Əliyev Kəlbəcərdə girov düşənlərə mənzil verdi
Moderator.az xəbər verir ki, prezident İlham Əliyev bu ilin yayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənovun ailəsinə yeni mənzil verilməsi barədə baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənova tapşırıq verib.

Bunu Mingəçevirdə jurnalistlərə açıqlamasında Əli Həsənov özü bildirib. Onun dediyinə görə prezident hətta evləri olsa belə hər üç şəxsin ailəsinin yeni mənzillə təmin olunmasını tapşırıb.

Yeri gəlmişkən, bu arada bir neçə ay öncə Moderator.az-ın Mingəçevirdə məcburi köçkünlər üçün tikilən binaların istifadəyə verildikdən sonra bir ay müddətində Birinci Yay Avropa Oyunları çərçivəsində Mingəçevir avarçəkmə yarışlarında iştirak edəcək idmançıların ixtiyarına veriləcəyi xəbərini də Əli Həsənov təsdiqləyib.

Geri qayıt