Əsas Səhifə > Güney Press / Ana xəbər > Səfər Əbiyevə yeni görəv verilir

Səfər Əbiyevə yeni görəv verilir


3-12-2014, 14:52
Səfər Əbiyevə yeni görəv verilir
Azərbaycanın sabiq müdafiç naziri Səfər Əbiyevə yüksək görəv veriləcək. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Səfər Əbiyev Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahimi əvəzləyəcək. 2012-cü ildən bu postu tutan Xəzər İbrahimin rotasiya qaydasında Bakıya dəvət edildiyi bildirilir. Qeyri rəsmi məlumata görə, Səfər Əbiyev 2 illik müddətə Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsini tutacaq.

Qeyd edək ki, nazir olduğu dönəmlərdə Səfər Əbiyev NATO ilə əməkdaşlığın səviyyəsini yüksəldən şəxs kimi tanınıb. Uzun müddətdir ki, işsiz qalan sabiq nazirin yeni vəzifə təyinatı alacağı ilə bağlı bir sıra məlumatlar yayılsa da, onların heç biri təsdiqini tapmayıb.

Geri qayıt