Əsas Səhifə > Güney Press / Ana xəbər > Təhsil Nazirliyinin В«İsgəndərin məktəbiВ»ndən xəbəri varmı?

Təhsil Nazirliyinin В«İsgəndərin məktəbiВ»ndən xəbəri varmı?


3-12-2014, 11:59
Təhsil Nazirliyinin В«İsgəndərin məktəbiВ»ndən xəbəri varmı?
Məktəbdə çalışanlar və şagirdlər məktəbin direktorunun İsgəndər Şahmuradov olduğunu düşünsələr də, ancaq son zamanlar məlum olub ki, əslində məktəbin direktoru İsgəndər Şahmuradovun həyat yoldaşı Tahirə Şahmuradovadır.

Ağdam Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən 28 saylı köçkün məktəbi şəxsi məktəb kimi fəaliyyət göstərir. Hətta bu məktəb bir qayda olaraq В«İsgəndərin məktəbiВ» adlandırılır. Bu barədə PİA.AZ-a şikayət ünvanlayan və məlum səbəbdən adının gizli qalmasını istəyən vətəndaş bildirir ki, Ağdam Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın qaynı, şöbədə baş məsləhətçi olaraq çalışan Bayram Məmmədovun birbaşa rəhbərliyi altında 28 saylı məktəbdə böyük qanunsuzluqlar həyata keçirilir.

Şikayətçinin bildirdiyinə görə 28 saylı köçkün məktəbi uzun illər boyu Şəkidə fəaliyyət göstərib. Elə o zamanda hamı elə bilib ki, məktəbin direktoru İsgəndər Şahmuradovdur. Ancaq son zamanlar bəzilərinə məlum olub ki, sənədlərdə məktəbin direktoru İsgəndər Şahmuradovun həyat yoldaşı Tahirə Şahmuradovadır.

2012-ci ildə isə məktəb təhsil ilinin ortasında birdən birə Sulutəpəyə köçürülüb. Amma məsələ orasındadır ki, Sulutəpə qəsəbəsində heç də 28 saylı məktəb üçün yeni bina tikilməyib. Sadəcə olaraq İsgəndər Şahmuradov Sulutəpə qəsəbəsində yerləşən evinin həyətində 6-7 xırda В«sinif otaqlarıВ» tikərək məktəbi öz həyətinə köçürüb. Nəzərə alsaq ki, məktəb 11 illikdir və ən adi məntiqlə burda minimum 11 sinif otağı fəaliyyət göstərməlidir. Əslində isə burda dərs keçilmədiyini və jurnallarda adı qeyd olunan uşaqların 80-90 faizinin Bakıda qeydiyyatda olan və repititor yanına gedən uşaqlardır və bu В«şagirdlərinВ» uzaqdan-yaxından Ağdamla əlaqəsi yoxdur.

Bildirilir ki, İsgəndər Şahmuradov bütün bunları Ağdam Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın qaynı, şöbədə baş məsləhətçi olaraq çalışan Bayram Məmmədovun razılığı ilə həyata keçirib və baş verənlərdən baş məsləhətətçi xəbərdardır. Şikayət edən Elmira Şükürovanın heç bir zaman məktəbə gəlmədiyini və təhsil şöbəsinin müdirinin bu məsələdən nə qədər xəbərdar olması haqqında məlumatlı olmadığını bildirdi. Amma nəzərə alınsa ki, məktəbin fəaliyyəti ilə bağlı əsas məsul şəxs məhz Elmira Şükürovadır və baş məsləhəçi Bayram Məmmədov müdirə xanımın qaynıdır, o zaman böyük ehtimalla Elmira Şükürova В«İsgəndərin məktəbindəВ» baş verənlərdən xəbərdardır.

Burda В«çalışanВ» müəllim və digər personalların narazılığı isə İsgəndər Şahmuradovun onların maaşlarının əlli faizini özünə götürməsidir. Bununla bağlı müəllimlər bir neçə dəfə Bayram Məmmədova şikayət etsələr də, baş məsləhətçi bildirib ki, onlar dərs keçmədiklərinə görə maaşlarının yarısının tutlması təbiidir. Həmçinin Bayram Məmmədovun 28 saylı məktəbin İsgəndər Şahmuradova mənsub olmasını söyləməsi şikayətçilərin təəccübünə səbəb olduğu qeyd olunur.

Bu məsələ ilə bağlı geniş araşdırmamızı yaxın günlərdə oxucuların diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt