Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəsib Məhəməliyevin postuna hansı icra başçısı iddialıdır?
Nəsib Məhəməliyevin postuna hansı icra başçısı iddialıdır?3-12-2014, 11:57 |
|
Paytaxtın Nəsimi rayonu kimi, böyük bir rayona rəhbərlik edən Nəsib Məhəməliyev fəaliyyətindən doğan qanunsuzluqların kütləviləşməsinə rəğmən, postunu qorumağı bacarır Bunun səbəbi isə onun hakimiyyətin nüfuzlu məmurlarına etdiyi bir neçə jest olub Bu sözləri Nəsib Məhəməliyevə yaxın olan mənbə deyib. Onun sözlərinə görə, vaxtı ilə nəqliyyat naziri Ziya Məmmədovun təqdimatı ilə icra başçısı postuna təyinat alan Nəsib Məhəmliyev son iki ilədək nazir və onun yaxın ətrafı üçün rayonu sanki В«peşkəşВ» etmişdi: В«Ziya Məmmədov və yaxınlarının Nəsimidə ofislər tikməsi və xeyli ərazilərə sahiblənməsi də belə düşünməyə rəvac verir. Hətta Ziya Məmmədovun oğlunun rəhbərlik etdiyi holdinqin əsas binasının Nəsimi rayonunda fəaliyyətə başlaması da təsadüfi deyildi. Bütün bunlar da Nəsib Məhəməliyevin xidməti əvəzsiz olub. Təbii ki, o, bu xidmətlərinin qarşılığında qardaşlarının vasitəsiylə xeyli qazanclı çıxıb. Qardaşlarının vasitəsiylə rayonda plansız tiklilərinin sayını artıran Nəsib Məhəməliyev bununla da rayonun В«əsas icarədarıВ»ı adını da öz üzərinə götürüb. Son iki ildən etibarən Ziya Məmmədovun mövqelərinin zəifləməsi isə icra başçısını tədbirli davranmağa və əldə etdiklərini qorumağa məcbur edibВ». Müsahibimizin sözlərinə görə, icra başçısı Nəsib Məhəməliyev artıq Ziya Məmmədova "arxa" çevirib: В«O, bunu o qədər ehtiyatlı edib ki, hələ də nəqliyyat nazirinin yaxın ətrafı bu iddiaları qəbul etmək istəmir. Ancaq fakt odur ki, Nəsib Məhəməliyev daha nüfuzlu bir məmurla isti münasibətlər qurmaqla, bir müddət də vəzifəsində qalmağa təminat alıb. Ona görə də rayonda yaşıllıqların, məhəllədaxili istirahət məkanlarının da qəniminə çevrilən icra başçısı çoxsaylı şikayətlərə rəğmən, qanunsuzluqları heç nə olmamış kimi davam etdirirВ». Sonda müsahibimiz deyib ki, paytaxt rayonlarının birinin icra başçısı təxminən bir il əvvəl Nəsib Məhəməliyevin В«laxlayan postuВ»na sahiblənmək istəyib: В«Hətta həmin icra başçısının Nəsimi rayonuna В«transferВ» olunması üçün müəyyən hazırlıqlar da görülüb. Lakin qəfil gələn xəbər planı alt-üst edib. Həmin icra başçısına deyilib ki, hələ gözləməlidir. Təbii ki, bu, Nəsib Məhəməliyevin yuxarıda qeyd edilən mövqe dəyişikliyindən yarandıВ»("Reytinq"). Geri qayıt |