Əsas Səhifə > Güney Press / Ana xəbər > “Dərnəgül yolu”nda körpü istifadəyə verilməmiş təmirə dayandı
“Dərnəgül yolu”nda körpü istifadəyə verilməmiş təmirə dayandı3-12-2014, 11:31 |
|
İki gün öncə “Azəryolservis” ASC 2010-cu ildən yenidən qurulmasına başlanılan Ziya Bünyadov proskpektinin ikitərəfli şəkildə istifadəyə verildiyi barədə açıqlama yaydı. Ancaq əməkdaşımız dekabrın 3-də həmin yolda hərəkət edərkən məlum olub ki, bu yolun inşası zamanı da nəqliyyat sahəsinin bossları – Ziya Məmmədov, Cavid Qurbanov ənənələrinə sadiq qalıblar. Yəni yol istifadəyə verilməmiş, yenidən qurulmuş körpünün (“Çermet” körpüsü) üstünü qazıb orada yaddan çıxmış işləri görməyə başlayıblar. Qeyd edək ki, həmin körpü təxminən 15 gün öncə tam asfaltlanmışdı. Burada nə iş görüldüyü ilə maraqlandıqda, fəhlələr dedilər ki, körpü qurularkən onun üzərində temperatur və sürüşmə əleyhinə arakəsmə rezinlərini yerləşdirməyi unudublarmış: “Təzədən qazıb həmin arakəsmə rezinləri yerləşdirirk”. Nəqliyyat Nazirliyinin gördüyü bu “keyfiyyətli” iş nəticəsində “Dərnəgül yolu”nda davanlı olaraq tıxac yaranır, eyni zamanda dövlət büdcəsinə külli-miqdarda ziyan dəyir. Bu körpünün yenidən qazılması, bərpası, təkrar asfaltlanması 10 minlərlə manat əlavə xərc deməkdir. Bundan başqa, “Xutor” adlanan ərazidə də Ziya Bünyadov prospektini bağlayıblar, orada da təkrarə təmir-bərpa işləri aparılır. Onu da qeyd edək ki, yol təsərrüfatının başbilənləri tez-tez "Dərnəgül yolu"nun ikitərəfli olaraq istifadəyə verildiyi barədə xəbər yayırlar. Bu informasiyaya güvənərək yolunu oradan salan minlərlə sürücü tıxaclarda qalır. \\ musavat.com \\ ![]() Geri qayıt |