Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramil Usubovdan yeni kadr təyinatı
Ramil Usubovdan yeni kadr təyinatı3-12-2014, 09:55 |
![]() Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatları olub. Report xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Əlyəddin Səfərov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Ə.Səfərov Nərimanov RPİ-nin rəis müavini təyin edilib. Ə.Səfərov bundan əvvəl Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi və Nəsimi RPİ-nin rəis müavini vəzifələrində də işləyib. R.Usubovun imzaladığı başqa bir əmrlə isə Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Habil Həsənov idarənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Xəzər RPİ-nin CAŞ-nin rəisi vəzifəsinə isə Cavanşir Əhmədov gətirilib. Geri qayıt |