Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyədə bakirə qızlar 2 minə satılır

Türkiyədə bakirə qızlar 2 minə satılır


1-12-2014, 17:39
Türkiyədə bakirə qızlar 2 minə satılır
Türkiyəli professor Ümit Özdağ u ölkəyə Suriyadan və İraqdan gələn qaçqınlarla bağlı dəhşətli faktlar açıqlayıb.

Ailəm.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Almaniyada bir konfransda çıxış edən Ümit Özdağ Suriyadan qaçıb Türkiyəyə sığınmış bakirə qızların 5 min lirəyə (təxminən 2 min AZN) satıldığını deyib: “Beynəlxalq standartlara görə qaçqınlar daxil olduqları ölkələrdə sərhəddən maksimum 70 km uzaqlıqda məskunlaşa bilər, amma Türkiyədə hər yana səpələniblər. Kim olduğuna baxmayıb, Türkiyə vətəndaşlığı da verirlər. Qaçqınlarla bağlı planlaşdırma olmadığına görə 1 aylıq uşağı olan qadınlar dilənçilik edir. Ən dəhşətlisi isə bakirələrin 5 min lirəyə alınıb-satılmasıdır”.

Geri qayıt