Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramil Usubov DİN-də kadr dəyişikliyi etdi
Ramil Usubov DİN-də kadr dəyişikliyi etdi29-11-2014, 15:32 |
![]() Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub. Report.az-ın məlumatına görə nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib. Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Geri qayıt |