Əsas Səhifə > Güney Press / Ana xəbər > Gəncə şəhər və Yasamal rayon prokurorları işdən çıxarılıb

Gəncə şəhər və Yasamal rayon prokurorları işdən çıxarılıb


28-11-2014, 10:05
Gəncə şəhər və Yasamal rayon prokurorları işdən çıxarılıb
Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Onlar Baş Prokurorluqda idarə prokuroru vəzifələrinə təyin ediliblər.

Geri qayıt