Əsas Səhifə > Güney Press / Ana xəbər > Əbülfəz Qarayevin işçisinə qarşı ilginc iddia: Maaşları tələb edir

Əbülfəz Qarayevin işçisinə qarşı ilginc iddia: Maaşları tələb edir


27-11-2014, 14:50
Əbülfəz Qarayevin işçisinə qarşı ilginc iddia: Maaşları tələb edir
İmişli rayonunda 270 işçidən maaşını rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirova verilməsini tələb edirlər.

Bu barədə Avropa.info-ya rayonun Mədəniyyət və Turizm şöbəsinin bir qrup işçisi müraciətində bildirib.

Məlumatda qeyd olunur ki, işçiləri buna məcbur edən bir müddət əvvəl pensiyaya çıxmış, indi isə müdirin “mühasib”i rolunu oynayan İsmayıl Nuriyevdir.

Mədəniyyət şöbəsinin balansında 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər, 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi məktəbi, uşaq incəsənət məktəb var. Ümumi işçi sayı isə 270 nəfərdir. İsmayıl Nuriyev 270 nəfər işçidən tələb edir ki, alacaqları maaşı dekabr ayının ikisinə kimi gətirib müdirə çatdırsınlar.

Mədəniyyət işçiləri isə bu halın əvvəllər də təkrarlandığını deyiblər və bildiriblər ki, iyul ayının maaşını da Süleyman Bəşirov alıb.

Mədəniyyət işçiləri həmçinin qeyd ediblər ki, 270 işçi orta hesabla 130 manat maaş alır. Bu məbləğ isə ümumilikdə 35000 manat edir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt